Əsas səhifə / Əsas menu / Gözəllik / Üzü incə göstərən makiyaj – Foto izah
Bizi mobildən daha sürətli  izləyin

Üzü incə göstərən makiyaj – Foto izah

g

Makiyaj həm qadına özünü yaxşı hiss etdirən, həm də üzdəki qüsurları örtən bir gözəlləşmə əməliyyatıdır.

Əgər üz xətləriniz istədiyiniz kimi deyilsə, bir sıra texnikalarla buna müvəqqəti də olsa həll tapmaq mümkün. Üz tipinizi və makiyaj üsullarını bilib, ustaca tətbiq etsək, aynada bizi razı salan və gülümsədən nəticələrə çata bilərik. O halda üzü incə göstərən makiyaj texnikalarını bir dəfə daha xatırlamaqda fayda var.

Əgər üzünüz yumrudursa, sümük quruluşunuz bir o qədər də diqqətə çarpan olmayacaq. Sümük quruluşu diqqətə çarpan olmayan üzlərdə işıq-kölgə keçidləri, girinti və çıxıntılar da naməlum olacaq. Makiyajda üzə ifadəni verən ən əhəmiyyətli ünsür bu girinti və çıxıntıların önə çıxardılmasıdır. Almacıq sümükləri, qaş sümükləri, alın sümüyü, alt çənə sümüyünün diqqətə çarpan; digər qisimlərin isə daha girintili olması üzə incə bir görünüş verir. Yumru üzlərdə əsas nüans, diqqətə çarpan olmayan almacıq sümüklərini işıqlandırıcılar və tünd xəttlərlə vurğulamaqdır.

1q

Ənlik fırçasını, içəridən, gicgahlara doğru istifadə etmək və almacıq sümüyünün alt hissəsini tünd bir tonalla; göz altlarınızı isə, ənlik olaraq 1-2 ton açıq bir işıqlandırıcı ilə bağlayın. Ancaq göz altı aydınlatıcıların, çox ağ və parlaq tonlarda olmamasına diqqət edin. Daha təbii bir görünüş üçün bu əməliyyatı, üz rənginizdən 1 ton qədər açıq bir pudrayla da təmin edə bilərsiniz.

2q

Biraz tünd ənliklər, parlaq pigmentli kremə bənzər tərkibi ilə, yanaqdan gicgaha doğru olan hissəni daha diqqətə çarpan edəcək və üzünüzü daha incə göstərəcək. Bu səbəbdən, tünd çəhrayı, qırmızımtıl və mat ənliklər əgər düzgün istifadə edilməzsə üzünüzü çox kilolu göstərəcəkdir.

Qaşları incə formaya salmaq da, üzü kilolu göstərən səhvlərdən biridir. Qaşlarınızı, təbii qalınlığında aldırın yaxud qaş qələmi ilə retuş edin.

3q

Saçlarınızın üst hissələrini bir az qabardın. Bu, üzünüzü daha incə göstərəcək.

Üzün ətrafındakı saçlara açıq deyil, tünd rənglərdə balyaj etdirin.

Pişik gözü makiyajı da, üzü incə göstərən detallardan biridir.

Üzü incə göstərən makiyaj deyincə, ağıla gələn hiylələrdən biri də qatlı kəsilmiş saçlardır. Yüngül qat verilmiş və açıq saçlarınızla, geniş üz xəttlərinizi kölgələyə bilərsiniz.

Üzü zərif göstərmək üçün makiyajdan istifadə texnikalarını yaxşı bilib və doğru tətbiq etsəniz, inanılmaz nəticələr əldə edə bilərsiniz.

4q

Buna da baxın

Makiyajla “cool” görünmək üçün 6 məsləhət

Whatsapp ilə Paylaş Hər qadın özünü gözəl hiss etmək istəyir. Gün ərzində baxımlı görünmək üçün …