Əsas səhifə / Əsas menu / Gözəllik / Üzümüzü günəşin zərərli təsirindən qoruyaq
Bizi mobildən daha sürətli  izləyin

Üzümüzü günəşin zərərli təsirindən qoruyaq

 

24413_ewnmm4zazo

Üzümüzü günəşin zərərli təsirindən qoruyaq

Yayın qızmar günləri başlayıb. Dənizdə, hovuz kənarında çox vaxt keçirir, qaralırıq. Amma sonra dərimizdə, xüsusi ilə üzümüzdə fəsadlar yaranır. Bunun üçün də ev şəraitində günəşdən qorunmaq üçün maskalar hazırlayıb, istifadə etmək məsləhətlidir. Biz də sizə bu xəbərimizdə bir neçə maska resepti təqdim edəcəyik.

Maska – 1

-Dərini nəmləndirən maska
-Yumurta sarısı – 1 ədəd
-Süd – 1 qaşıq

Hazırlanması:

Bir qabda yumurta sarısını və bir qaşıq südü qarışdırın. Bu qarışımı üzünüzə çəkin və üzərini nazik parça ilə örtərək 15 dəqiqə gözləyin. Sonra kağız salfetlə üzünüzü təmizləyin. Üzünüzü əvvəcə ilıq, sonra isə soyuq su ilə yuyun. Quru dəriniz varsa bu maska sizin üçündür.Tərkibindəki yumurta sarısı sizin dərinizi qidalandıracaq,süd isə nəmləndirəcək, dərinizə yumuşaqlıq verəcək. Bu maskanı həftədə 1-2 dəfə istifadə etmək mümkündür.

Maska – 2

-Pomidor maskası
-1 ədəd – pomidor
-4 damcı – bitki yağı.
-2 xörək qaşığı – kəsmik.
-1 x.q – süd

Hazırlanması:

Pomidor sürtgəcdən keçirilir. Digər vasitələr də sürtgəcdən keçirilmiş pomidorun üstünə əlavə olunur, qarışdırılır. Üzə çəkilir. 15-20 dəqiqə üzdə saxlanıldıqdan sonra ilıq su ilə yuyulur. Bu maska ağardıcı təsirə malikdir.

Buna da baxın

Daha canlı və təravətli cild üçün 5 peeling tərifi

Whatsapp ilə Paylaş  Hamının xəyalı gözəl, parlaq və hamar bir dəriyə sahib olmaqdır. Bu xəyalımızı …