Əsas səhifə / Manşet / Uzunmüddətli təmiz və parlaq şüşələr üçün sadə üsul
Bizi mobildən daha sürətli  izləyin

Uzunmüddətli təmiz və parlaq şüşələr üçün sadə üsul

pəncərə şüşələrinin parladılması artıq çətin deyilQadınlar üçün şüşə silmək işgəncədir desək yanılmarıq. Silinən şüşənin künclərində qalan ləkələr, çıxmayan  çirklər, bezin şüşədə buraxdığı izlər və daha saymaqla bitməyən problemlər başımızın bəlasıdır. Pəncərə şüşələrinin parladılmasının sadə asan və eyni zamanda effektli qaydasını qadinklubu.com sizlərə təqdim edir. Bu üsulla daha az vaxt sərf edərək, daha yüksək nəticə əldə edəcəksiniz.

Lazım olanlar:

3 litr su
Yarım çay stəkanı qabyuyan maşın parladıcısı
1 x/qaşığı duş geli

Hazırlanması və tətbiqi:

3 litr suyun içərisinə yarım çay stəkanı qabyuyan maşın parladıcısını əlavə edib qarışdırırıq. Pəncərələrin tozunu aldıqdan sonra hazırladığımız qarışıq ilə şüşələri silirik. Bu üsulla sildikdən sonra 1 ay şüşələr ləkə tutmayacaq. Təbii ki, yağışlı havalar istisna olmaqla. Bu metodla mebellərinizi də silə bilərsiniz.

Bir şərh

  1. Bes dus geli neye lazimdi?