Əsas səhifə / Əsas menu / Gözəllik / Üzünü təraş etmək-FAYDALIDIR
Bizi mobildən daha sürətli  izləyin

Üzünü təraş etmək-FAYDALIDIR

Qulaqlarınıza inanamayacaqsınız, amma dünyada üzlərini təraş edən qadınlar var.  Bunun isə tək səbəbi istənməyən tükləri yox etmək deyil.

563b1eae82a3fcaf7dee38d2

Bu məşhur jurnal üzü, 1965-ci ildə Amerikada nümayiş olunub. Jurnalın üzündə o dövrün məşhur Virna Lisi yer almışdı. Jurnalın belə bir üzlə çıxma səbəbi isə, Amerika qadınlarının kişiləşməsi üzərinə diqqət çəkmək üçün idi. Bu günlərdə bu üzlüyü xatırladan görüntülər,  dünyanın bir çox fərqli yerindəki qadınlar arasında yayılır. Yaxşı, bəs niyə?

Qadinklubu.com sizə bir gözəllik sirri verəcək.

 Üz təraşı. Dərilərinin gözəlliyi üçün Hollywoodun məşhur simaları Elizabeth Taylor və Marilyn Monroenin hər kəsdən gizli, üz təraşı etdikləri illərlə qulaqdan qulağa dolaşan bir əfsanə idi. Təbii ki, bunun tək səbəbi var, istənməyən tüklərdən xilas olmaq.  Lakin məsələnin heç bilmədiyiniz tərəfi də var. Üz təraşı, yaşlanmağa mane olur!  Çünki, üz təraşı zamanı, üzdə  kolajen istehsalı artır. Yəni kolajen istehsalı, dərinizin yaşlanmasına gecikdirir. Xüsusilə Yaponiyada qadınlar arasında üz təraşı olduqca məşhurdur. Hətta buna xüsusi bir adı da var. Kao Sori.

-Bundan əlavə, üz təraşı, ölü dərilərdən də xilas olmağınızı  təmin edir. Bu da,  dərinin yenilənməsini sürətləndirir.

-Üz təraşı, üzü qara nöqtələrdən təmizləyir. Bəli, üz təraşı məsamələri açaraq daha təmiz bir dəriyə sahib olmağınıza və hətta daha rahat makiyaj edə bilməyinizə imkan yaradır.

Üz təraşı zamanı, belə bir tərəddüd yaşaya bilərsiniz: Birdən tüklərim sərtləşsə və daha da qaralsa?

Sizə şad xəbərimiz var. Qadınların üzündəki tüklər heç vaxt kişilər də olduğu qədər sərtləşmir.  Yəni üz təraşı edəndən qısa müddət sonra kişi saqqalına sahib olmayacaqsınız.

İngilis araşdırmaçılar açıqlayır: Üzü təraş etmək üz dərisini cavan saxlayır. Buna görə, eyni yaşlı kişilər və qadınlar arasında aparılan araşdırmalarda, kişilərin üz dərisinin qadınlara nisbətən cavan qaldığı aşkara çıxarılıb.

 

 

Buna da baxın

Üzündə ləkə olan xanımlara kosmetoloq məsləhəti

Whatsapp ilə Paylaş  Bir çox qadınlar əsasən üz nahiyələrində olan ləkələrdən şikayət edirlər. Bəs bu …