Əsas səhifə / Əsas menu / Gözəllik / Üzünüzdəki qara nöqtələrə kartof və darçınla son qoyun
Bizi mobildən daha sürətli  izləyin

Üzünüzdəki qara nöqtələrə kartof və darçınla son qoyun

qaraa

Qara nöqtələr sadəcə görünüş olaraq deyil, eyni zamanda içində kiri və mikrobları həbs edərək sızanaqların yaranmasına şərait yaradır. Qadinklubu.com-un təqdim etdiyi kartof və darçın maskası, qüsursuz bir dəriyə sahib olmaq istəyənlər üçün qara nöqtələrdən və sızanaqlardan xilas olmağa kömək edəcək.

 

Rəndələnmiş kartof

Maskanı tətbiq etməzdən əvvəl dərinizi təmizləyin. Daha sonra kartofu rəndələyib qara nöqtələrin olduğu bölgəyə qoyub, kürəyi üstə uzanın. 10-15 dəqiqə gözlədikdən sonra üzünüzü yuyun. Həftədə bir neçə dəfə təkrar edə bilərsiniz.

 

Darçın maskası

 

Şəfaverici darçın br çox dəri problemlərinin aradan qaldırılmasına kömək etdiyi kimi, qara nöqtələrdən qurtulmaq üçün də möhtəşəm üsuldur. 1 çay qaşığı darçınla bir çay qaşığı limon suyunu qarışdırın. İncə bir xəmir halına gəldikdə üzünüzə çəkin. 10-15 dəqiqə gözlədikdən sonra soyuq su ilə yuyun. Nəticədən məmnun qalsanız, həftədə bir neçə dəfə tətbiq edin.

Buna da baxın

Yağlı dəri üçün gül suyu

Whatsapp ilə Paylaş Evinizdə gül suyu maskasını rahatlıqla hazırlayaraq, dərinizi yağlardan və sızanaqlardan azad edə …