Əsas səhifə / Əsas menu / Gözəllik / Üzünüzü bu tərzdə yusanız…
Bizi mobildən daha sürətli  izləyin

Üzünüzü bu tərzdə yusanız…

h

Üz yumaq da əslində cild baxımının ilk mərhələrindəndir.

Üzdə meydana gələn bəzən problemlərin səbəbi məhz düzgün olmayan üz yuyulmamasıdır.

Sizdə bu səhvləri təkrarlamamaq üçün Qadınklubu.com-un məlumatları ilə tanış olun.

Dəri baxımının birinci addımı, üz yumaqdır. Üstəlik dəri baxımına erkən yaşlardan etibarən deyil, uşaqlıqdan etibarən başlamaq lazımdır. Üz yumaq hər nə qədər sadə bir əməliyyat kimi görünsə də, vəziyyət əslində o qədər sadə deyil. Yanlış üz yuma səbəbi ilə o qədər əmək verdiyiniz və körpə kimi baxdığınız dərinizdə problemlər meydana gəlir və bütün dəri baxımınız da hədər gedər. Üz yumanın ilk məqsədi, dəri məsamələrini tıxayan çirklərdən dərini təmizləməkdir. Üz yuma əməliyyatı ilə dərinizi çirklərdən təmizlədiyiniz kimi, dərinizi də ölü hüceyrələrin bir qisimindən təmizləmiş olarsınız. Bunun nəticəsində, təmiz bir dəridə istifadə etdiyiniz bütün baxım məhsulları daha yaxşı nüfuz edər və dəriniz olmasını istədiyiniz kimi olur.

Sağlam və parıltılı bir dərinin ilk addımı doğru üz yumaqdır. Üzü düzgün necə yumaq lazımdır? Doğru üz yuma ilıq su ilə həyata keçirilir. İsti su ilə üzünüzü yusanız dəriniz quruyar. Soyuq su isə dəridəki çirkləri təmizləməz və məsamələr tıxanmış qalar. Üzünüzü yumadan əvvəl əllərinizi sabunla yuyun. İstifadə etdiyiniz sabunun dəri tipinizə uyğun bir sabun olmasına diqqət edin.

Doğru üz yumaq necə olmalıdır?

Əvvəlcə üzünüzü ilıq su ilə isladın. Əlinizdə köpük etdiyiniz sabunu dərinizə yaxşıca yayın. Çox sərt hərəkətlərlə deyil, yumşaq hərəkətlərlə dərinizə masaj edin. Alın, dodaq kənarları və burun kənarlarınızı həssas bölgələr olduğunu unutmayın. Dərinizə bir iki dəqiqə dairəvi hərəkətlərlə masaj etdikdən sonra bol ilıq su ilə yaxalayın. Təmiz bir üz dəsmalı ilə yavaş bir şəkildə dərinizi qurulayın.

Üzü yuyarkən yol verilən yalnışlar

Çox tez-tez üz yumaq təhlükəlidir. Cild öz yağını bərpa etmədən yenidən üzünüzü yumaq dərinin qurumasına səbəb olur.

Davamlı isti-havasız mühitdə olmaq da dərini qurudur. Bunun üçün, gün içində bir neçə dəfə nəmləndirici krem istifadə etmək lazımdır.

Sabun seçimi mövzusunda həssas davranmaq lazımdır. Dərinizə uyğun bir sabun seçmək çox önəmlidir. Xlorsuz bir su da dəri üçün ən gözəl tonik kimidir.

Ən əsası əsla makiyajınızla yatmayın.

Buna da baxın

Qidalandırıcı maya maskası

Whatsapp ilə Paylaş Mayadan hazırlanan dəriyə qulluq maskaları dərinizin yenilənməsi və bakteriyalardan təmizlənilməsi üçün faydalıdır. …