Əsas səhifə / Əsas menu / Gözəllik / Üzünüzü düyü ilə gözəlləşdirin
Bizi mobildən daha sürətli  izləyin

Üzünüzü düyü ilə gözəlləşdirin

 

duyu_3c234496def19d3b79296687bfaa430e

Düyü unu və suyu

Qadınklubu.com-un məlumatına görə, düyü unu bişməmiş düyülərin üyüdülməsi ilə meydana gəlir. Üyüdülmüş düyü ununa su, qatıq və ya süd qatılaraq məcun halına salınır, sonra isə bu qarışımdan üz maskası kimi istifadə edilir.

Düyü suyu isə düyüləri suyun içərisində uzun müddət saxlamaqla hazırlanır.

Düyü unu dərini necə ağardır?

Düyünün tərkibində bol miqdarda faydalı minerallar və vitaminlər var. Hətta onun tərkibində elə maddə vardır ki, həm daxilə həm də xaricə qəbul etdiyimiz C vitaminin təsirini artırır. Düyü həm də bir çox günəş qoruyucu maddələri özündə cəmləşdirib. Bu maddələr dərini günəşdən qoruyur, həm də günəş yanığının tez sağalmasına gətirib çıxarır. Dərinin təmiz və sağlam görünməsini təmin edir.

Ev şəratitində düyü unu maskasının hazırlanması:

  1. Bir ovuc düyünü qəhvə çəkənlə üyüdün.
  1. Yarın stəkan südü düyü ununun üzərinə tökün, ancaq südü yavaş-yavaş əlavə edin ki, maska halına gəlsin.

  2. Hazırladığınız bu maskanı üzünüzə və boynunuza sürtün. 30 dəqiqə saxlayın.

  3. İlıq su ilə üzünüzü və boynunuzu yuyun.

Buna da baxın

Düzgün tonal kremi necə seçməliyik?

Whatsapp ilə Paylaş Tonal kremin düzgün seçilməsi makiyajda ən vacib məsələlərdən biridir. Üzünüzdəki qüsurların örtülməsi, …