Əsas səhifə / Manşet / Vagina qoxusu sizi də narahat edir?
Bizi mobildən daha sürətli  izləyin

Vagina qoxusu sizi də narahat edir?

 

1390743136_0

Vagina qoxusu hər yaşda qadının təsirləndiyi və olduqca narahat edici problemlərdən biridir. Qadınlar həyatlarının bir hissəsində vagina qoxusuyla qarşılaşa bilər. Vaginadan gələn axıntıların səbəb olduğu bu qoxu, qadınlar üçün olduqca narahatedici olmasına baxmayaraq, qarşısını almaq üçün tədbirlər görə bilərsiniz. Gənc qızlardan, menopoz dövründə olan qadınlara qədər hər kəsə təsir edə bilən bu qoxu, fizioloji axıntılarda ya da fizioloji olmayan, yəni bətnin girişində olan infeksiyaların səbəb olduğu axıntılarda meydana gələ bilər. Xüsusilə fizioloji olmayan axıntılar daha sərt və dözülməz vagina qoxusuna səbəb olur. Bəs bu qoxunun qarşısını almaq üçün nələr etmək lazımdır? Qadinklubu.com açıqlayır.

Əvvəlcə vagina axıntısının qaynağı təsbit edilməlidir və buna uyğun şəkildə müalicəyə başlanmalıdır. Həkimin təklifinə uyğun şəkildə antibiotik dərmanlar istifadə edilə bilər.

  • Genital bölgə təmizliyinə əhəmiyyət verilməlidir. Genital bölgədəki tüklərin təmizlənməsinə diqqət edilməlidir.

-Gün içində ən az 2,5 litr su içilməlidir.

-Tampon istifadə edirsinizsə, tez-tez dəyişin.

  • Cinsi əlaqədən sonra sidiyə çıxılmalıdır.

-Həddindən artıq şəkərli qidaların istehlakından uzaq durulmalıdır.

Vagina qoxusundan xilas olmaq üçün təbii mənşəli çaylardan istifadə etmək çox yaxşı üsuldur. Bu çaylar, vagina bölgəsindəki bakteriyaları və mikrobları nəzarət altına almağa köməkçi olacaq.

Alma sirkəsi: Son dövrlərdə bir çox xəstəliyin müalicəsi olaraq məsləhət görülən alma sirkəsi, genital bölgədəki infeksiya ölümününün qarşısını alır. Bədənin pH tarazlığını təmin edərək, vagina qoxusuna mane olur.

Aloe vera: Bu bitkinin anti-bakterial xüsusiyyəti vaginada qoxu yaradan bakteriyaların yox edilməsində istifadə olunur. Hər gün səhər və axşam nizamlı şəkildə istifadə etmək lazımdır.