Əsas səhifə / Manşet / Vagina təmizliyində edilən 10 səhv
Bizi mobildən daha sürətli  izləyin

Vagina təmizliyində edilən 10 səhv

h
Qadınlar vaginanın təmizliyi və sağlamlığı haqqında az-çox məlumata sahibdirlər.

Amma istəmədən də olsa, bəzən düzgün bildikləri səhv nəticələr verə bilir. Vagina üçün zərərli olan 10 qaydanı qadınklubu.com diqqətinizə çatdırır.

Vaginal tuş

Qadınların vaginanı təmizləmək üçün etdikləri yalnışlardan biri, vaginanın daxili hissəsini yumaqdır. Bu vaginadakı PH nisbətini pozaraq infeksiya riskini artırır. Vagina öz-özünü təmizləmək xüsusiyyətinə malikdir. Sadəcə xarici hissəsini ilıq su ilə yumaq kifayətdir.

Sabun

Vaginanı sabun ilə yumaq ordakı PH nisbətini pozur. Göbələk, qaşıntı, infeksiya kimi təhlükəli nəticələrə səbəb olur. Sadəcə adi su ilə vaginanızı yuyun.

Sintetik alt geyimləri

Sintetik geyimlər bədənin hava almasına əngəl törədərək infeksiyaların artması riskini artırar. Buna görə də alt geyimi seçərkən 100% pambıq olmasına diqqət edin.

Dar geyimlər

Dar geyimlər sidik yolu iltihabına səbəb olur. Bundan əlavə vaginada iltihab, infeksiya kimi təhülkələrin də yaranmasına şərait yaradır.

Yuyucu toz-sodalı su

Xarici vaginal nahiyyədə qaralmalar müşahidə edildiyində, həll yolu kimi yuyucu toz və sodalı suyu seçim etmək həssas dərilər üçün çox zərərlidir.

Tampon

Çətin vaxtlarınızda kömək etsə də, ümumiyyətlə tampon istifadəsi heç də sağlam seçim deyil. Tanponlarda dezenfeksiya edici maddələr vardır ki, bunlar da qıcıqlanma və infeksiyalara səbəb ola bilər.

Vagina üçün təmizlik vasitələri

Gözəl qoxusu var deyə, vagina spreyi, krem, bitki tərkibli yağlar əsla istifadə etməyin. Bunlar pis qoxunu yox etməz, adəcə olaraq keçici bir müddət üçün kamuflaj edər.

Ətirli bezlər

Menstruasiya zamanı ətirli bezlərdən istifadə etməyin. Həmin bezlərdə istifadə edilən ətirlər vaginadakı infeksiyalarla reaksiyaya girərək daha pis qoxuya səbəb ola bilər.

Gündəlik bezlər

Bezlər vaginanın nəfəs almasını əngəllər. Ona görə də günlük olaraq bez istifadə etmək vaginadan infeksiya riskini artırır.

Alt paltarla yatmaq

Alt geyim vaginanın nəfəs almasına mane olur. Ona görə də mümkün qədər alt paltarında yatmamağınızda fayda var.

Qeyd: Əgər adi günlərdə də vagina nahiyəsində, qoxu, qaşıntı kimi hallarla rastlaşsanız, mütləq genekoloqa müraciət edin.

Buna da baxın

Gözəl saçların və yumuşaq əllərin sirri

Whatsapp ilə Paylaş Çay sodasının dişləri ağartmaqda və evdəki pis qoxulardan xilas etməkdə olduqca təsirli …