Əsas səhifə / Manşet / Vaginal quruluğa çarə olan bitkilər
Bizi mobildən daha sürətli  izləyin

Vaginal quruluğa çarə olan bitkilər

Vaginal quruluğa çarə olan bitkilər 1

Qadınların   yaşadıqları sağlamlıq problemlərindən biri də vaginal quruluqdur. Bu problem xüsusilə klimaks  dövründə östrojen əskikliyinin bir nəticəsi olaraq ortaya çıxa bilər. Təbii ki, bu problemin fərqli başqa səbəbləri də ola bilər. Vaginal quruluğun qarşısını almaq üçün çox qədimlərdən bəri bəzi otlar istifadə edilməkdədir. Qadinklubu.com olaraq sizə, bu otları istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşməyinizi  təklif edirik.

Qara ilan kökü  otu

Qara ilan kökü otu romatizm  üçün  də istifadə edilir. Amma eyni zamanda klimaks vaxtı  isti basması, vaginal quruluq və gecə tərləmələrini aradan qaldırmaq üçün də istifadə olunur. Bitkinin, gövdə və köklərini dəmləyərək,  çay olaraq istehlak edə bilərsiniz. Ancaq, qaraciyər xəstəliyiniz varsa, bu bitkinin qaraciyərə xəstəliklərinə  mənfi təsirləri olduğu üçün istifadə etməyin. Ya da həkiminizə məsləhətləşdikdən sonra istifadə edin. Hamilə və əmizdirən qadınların qara ilan kökü  otunu istifadə etməməsi lazımdır.

Soya

Soya paxlası, noxud ailəsindən gələn bir bitkidir. Soyada östrojen hormonuna bənzər kimyəvi var. Soya tablet və ya kapsula şəklində də  mövcuddur. Həmçinin soyanı  qida olaraq da istehlak edə bilərsiniz. Östrojen əskikliyi səbəbiylə yaşanan vaginal quruluq, soya məhsulları ilə  minimuma endirilə bilər. Klimaks simptomlarının müalicəsində soyanın  təsirləri mövzusunda araşdırmalar hələ də davam edir.

Mələk otu (Dong Quai)

Mələk otu olaraq bilinən bitki kökü  bir çox ağrılar və eyni zamanda menstruasiya zamanı  spazmı azaldır. Daxili qadın sağlamlığı problemlərinin müalicəsində istifadə edilir. Eyni zamanda, baş ağrısı, iltihab, sinir ağrısı və yüksək qan təzyiqi üçün də tövsiyə edilir. Tibbi vəziyyətlərin müalicəsi üçün mələk otu bitkisinin təsiri iləəlaqədar araşdırmalar  hələ də davam etməkdədir.

Buna da baxın

Günvurmanın əlamətləri

Whatsapp ilə PaylaşYay aylarında isti havada günvurma və istivurma halları artır. Günvurma çox ciddi pozulma …