Əsas səhifə / Əsas menu / Sağlamlıq / Vaginit nədir?
Bizi mobildən daha sürətli  izləyin

Vaginit nədir?

1297471406_hekaq

Sağlam uşaqlıq yolunun xüsusi mühiti vardır. Bu mühit onu təmiz saxlayır və infeksiyalardan qoruyur. Bəzən ondan axıntı başlayır və bu vaginit adlanır. Vaginitlərin səbəbləri hansılardır?

Menstruasiya, ovulyasiya, seks, hamiləlik və ya klimaks, diabet, antibiotiklər – bütün bu səbəblər uşaqlıq yolunun daxili mühitinin dəyişməsinə səbəb ola bilər. Qadınların əksəriyyətinin həyatında vaginit olmuşdur. Vaginitin 4 tipi vardır:

-Bakterial vaginoz
-Trixomoniaz
-Kandidoz
-Atrofik vaginitlər

Bakterial vaginozun simptomları

-İfrazatın olması
-İfrazat ağımtıl, bozumtul, sarımtıl olur və balıq iyi verir
-Qaşınma, yanğı və ağrı
-Simptomlar olmaya da bilər

Ötürülməsi

-Seks bakierial vaginoz əmələ gətirə bilər, lakin bakterial vaginoz seksual kontaksız da ola bilər.

Müalicəsi

-Müalicə olunan xəstəlikdir.

Trixomoniazın simptomları

-Köpüklü, sarımtıl və ya yaşımtıl və balıq iyli ifrazat
-Yandırma və qaşınma
-Simptomlar olmaya da bilər

Ötürülməsi

-Trixomoniaz adətən sekslə keçir. Həmçinin yaş dəsmallardan, əskilərdən, çimməkdən və s. ötürülür.

Kandidozun simptomları

-Kəsmiyəbənzər ifrazat
-Ağ rəngli olub, maya iyi verir
-Qaşınma, yanğı və ağrı
-Seks rahatsız olur

Ötürülməsi

Maya göbələyi infeksiyası sekslə ötürülür.

Müalicəsi

-Maya göbələyinin müalicəsi şamlarla və tabletlərlədir.

Atrofik vaginitin simptomları

-Anormal ifrazat
-Qaşınma və yanğı

Ötürülməsi

Esterogen hormonunun aşağı səviyyəsi ilə izah edilir. Bu da qadınlara klimaks zamanı təsir edir.

Müalicəsi

-Estrogen krem

Vaginitlər haqqında faktlar

Siz vaginal ifrazat dəyişməsinə diqqət etməlisiniz. Bu, ağ və qoxulu ifrazatın olmasıdır. Tibb müəssisəsinə müraciət edin. Sizdəki ifrazat daha ağır problemlər yarada bilər.

Sizdə vaginitin bir neçə növü ola bilər və onların müalicəsinə bir neçə növ dərman lazım ola bilər. Müayinədən 24 saat əvvəl duş qəbul etməyin, aerozol və dezodarantdan istifadə etməyin. Bu, diaqnozun qoyulmasını çətinləşdirə bilər.
Sizə verilən dərmanları dəqiqliklə qəbul edin. Simptomlar getsə belə, dərmanların qəbulunu dayandırmayın. Vaginit geri qayıda bilər.

Müalicə qurtarmamış seks olmaz. Seks lateksli kondomla olmalıdır. Vaginitin müalicəsindən sonra sizin partnyorda əlamətlər qayıdırsa, о, yenidən müalicə olunmalıdır.

-Vaginanı təmiz və quru saxlamaq lazımdır.
-Dezodorant, maye sabun, duşdan istifadə etmək olmaz.
-Dar alt paltarlarından istifadə etməyin.
-Tualetdən sonra təmiz yuyunmaq lazımdır.