Əsas səhifə / Əsas menu / Ana və uşaq / Valideynlər bu xəbəri mütləq oxusun!
Bizi mobildən daha sürətli  izləyin

Valideynlər bu xəbəri mütləq oxusun!

Valideynlər bu xəbəri mütləq oxusun!

xeberici

Azərbaycanda evdə uşaqları nəzarətsiz qoyan valideynlər qanunla məsuliyyətə cəlb edilə bilərlər

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, valideynlər uşaqları evdə tək, nəzarətsiz qoyduqda yanğın və s. kimi təhlükəli hadisələr baş verə bilər. Bunları nəzərə alaraq, Komitə “İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında” Qanun layihəsi hazırlayıb.

Komitədən bildirilib ki, hazırda İnzibati Xətalar Məcəlləsində valideyn məsuliyyəti ilə bağlı yalnız bir maddə var. Həmin maddə əsasında da uşağın tərbiyəsinə lazımi qədər diqqət yetirməyən valideyn cərimələnir. Bu cərimənin məbləği isə çox azdır və 40 manatdan yüksək deyil. Yeni hazırlanan layihədə isə yalnız uşağın tərbiyəsi deyil, onun sağlamlığı və təhlükəsizliyi də nəzərə alınır.

Layihəyə əsasən, əgər uşağın evdə nəzarətsiz (bağlı qapı arxasında) qalması bir dəfə aşkarlanarsa, valideyn cərimələnəcək. Ancaq uşağın evdə bağlı qapı arxasında, nəzarətsiz, tək qalması mütəmadi təkrarlanarsa, valideynin uşağın təhlükəsizliyi ilə maraqlanmadığı aşkarlanarsa, onda valideynə xəbərdarlıq ediləcək.

Qanunvericiliyə görə, uşağın tərbiyəsi və ona nəzarət edilməsi üçün yerli icra hakimiyyəti orqanı tərəfindən nümayəndə təyin ediləcək. Həmin nümayəndə uşağa birbaşa nəzarət etməklə yanaşı, uşağın tərbiyəsi ilə məşğul olma yollarını başa salmaqdan ötrü valideynlə də işləyəcək.

Əgər valideyn bu xəbərdarlıqlardan nəticə çıxarmazsa, İXM-yə əsasən, bir neçə dəfə cərimələnərsə, onda valideyn məhkəmə qaydasında valideynlik hüququndan məhrum edilə bilər.

Komitədən qeyd edilib ki, bəzi Avropa ölkələrinin təcrübəsinə görə, uşaq nəzarətsiz qaldıqda o, valideyndən alınır və sosial xidmət müəssisəsinə verilir. Həmin müəssisədə uşağın tərbiyəsi üçün nümayəndə təyin olunur. Eyni zamanda, valideynin öz məsuliyyətini dərk etməsi üçün psixoloq və digər mütəxəssislər valideynlə iş aparır. Vəziyyət müsbətə doğru dəyişdikdən sonra isə uşaq valideyninə qaytarılır.

Komitədən bildirilib ki, layihə artıq rəy və təkliflərin alınması üçün müvafiq orqanlara təqdim edilib. Layihəyə rəy və təkliflər alındıqdan sonra sənəd Milli Məclisə təqdim olunacaq.

 


Buna da baxın

Ailədə hansı uşaq daha ağıllı olur?

Whatsapp ilə Paylaş Əgər ailənin ən böyük övladısınızsa bu xəbəri oxumaq sizin üçün daha maraqlı …