Əsas səhifə / Əsas menu / Ana və uşaq / Valideynlər, diqqət:Uşağınızın belində əyrilik varsa…
Bizi mobildən daha sürətli  izləyin

Valideynlər, diqqət:Uşağınızın belində əyrilik varsa…

Valideynlər, diqqət:Uşağınızın belində əyrilik varsa…

usaq_247857636

Onurğanın sağa, ya sola əyilməsi olaraq bilinən skolioz doğuşdan ola bildiyi kimi, uşaqlıq dövrlərində də ortaya çıxa bilər. Ən sıx görülən və artma səbəbi bilinməyən növü “idiopatik” adlanır. Yeniyetməlik çağına girən hər 100 uşaqdan 3-də ortaya çıxır. Yeniyetməlik yaşlarında qızlarda skoliozun yaranma riski 10 qat daha çoxdur.
Estetik görünüşdə problem yaradan skolioz eyni zamanda depressiya və narahatlıq kimi psixoloji problemlərə, hətta ürək və ağciyərlərdə qalıcı fəsadlara yol aça bilir.

Skoliozun qarşısını erkən diaqnoz sayəsində almaq olar. Buna görə valideynlər özləri 9 yaşından 16 yaşına qədər, hər 6 aydan bir uşaqlarını müayinə etməlidir.

Skolyozun irəliləməsinin ən mühüm amilini uşağın böyümə potensialı yaradır. Skolioz daha çox boyun sürətli uzanan dövründə – yeniyetməlikdə ayda bir, ya iki dərəcə artır. Qızlarda daha çox rastlanmasının səbəbi isə onlarda boyun uzanma prosesinin tez bitməsi və onurğanın buna uyğunluq gətirə bilməməsidir.

Skoliozun üç əsas əlaməti var:

Bir çiynin digər çiyindən yüksək olması

Belin bir tərəfinin içəriyə doğru oyuq olması, digər tərəfinin bayıra doğru daha dolğun görünməsi.

Uşağınız önə baxarkən, onurğasını yerə paralel şəkildə önə əyərkən kürəyinin bir tərəfinin digərinə görə daha yüksək görünməsi. Kürəyinin bir tərəfindən qabarıqlıq görünür.

Digər əlamətlər

Bir kürək sümüyü digərinə nisbətən daha yüksək, ya da daha qabarıq olur

Qollarını yana sallayanda bir tərəfində qolla gövdə arasında daha çox boşluq qalır

Bir ombanın digərinə görə daha yüksək olması

Gövdənin ayaqlara görə qısa olması

Balans pozğunluğu

Skoliozun hansı dərəcələri təhlükəlidir?

Skolioz ağırlıq dərəcəsinə görə, 4 səviyyəyə bölünür:

1-ci səviyyə: Onurğanın 10 dərəcə üfüqi istiqamətdə əyriliyidir. Skoliozun hələ ilkin başlanğıcı hesab edildiyindən o dərəcədə qorxulu deyildir.Tez üzərinə düşülərsə bu əyrilik yerinə otura bilər.
2-ci səviyyə: Onurğanın 25 dərəcədə əyriliyidir. Narahatçılığa əsas var.Müalicə və masaj-əsas həlledici üsullardandır.
3-cü səviyyə: Onurğanın 40 dərəcədə əyriliyidir. Bu səviyyədə döş qəfəsi öz formasını tədricən itirir və belin donqarlığa doğru deformasiyası prosesi başlayır. Beldə sümüklər çıxmağa başlayır.
Yeniyetməlik dövründə skolyoz 40-50 dərəcəyə çatarsa, diqqətli olmaq lazımdır. Çünki artma ehtimalı var.

4-cü səviyyə: Onurğanın artıq sürətlə əyilməsi prosesidir. Bu zaman masaj və müalicə üsulu yetərincə güclü təsir etməz. Və döş qəfəsinin tamamilə formasının itirilməsi, belin donqar halda formalaşması prosesinin kulminasiya nöqtəsinə səbəb olur.
70-80 dərəcəni aşan skoliozlar ağrı ucbatından ürək və ağciyərlərdə ciddi qalıcı fəsadlara yol açır.

Skoliozun müalicəsi ilə ortoped-travmatoloq məşğul olur.


Buna da baxın

Dırnaq yemək vərdişinin Səbəbləri və həlli

Whatsapp ilə Paylaş Ümumiyyətlə uşaqlarda 3-4 yaşlarından etibarən görülə bilən dırnaq yemə davranışı, yetkin insanlarda …