Əsas səhifə / Əsas menu / Sağlamlıq / Varikozdan qorunmaq üçün bunları yeyin – Çox faydası var
Bizi mobildən daha sürətli  izləyin

Varikozdan qorunmaq üçün bunları yeyin – Çox faydası var

varis-nedenleri

Varikoz xəstəliyi ayaqlarda damar ulduzcuqlarının, şişmiş damarların, trombların, xoraların inkişafına səbəb olur. Bəs nə yeyək ki, ayaqlarda varikoz yaranmasın? Həkimlər ayaqların gözəlliyini və sağlamlığını qorumaq üçün bu kimi qidaların qəbulunu tövsiyyə edirlər:

  • E vitamini ilə zəngin qidalar damarların elastikliyini qorumağa kömək edir. Bu vitamin cücərdilmiş buğdada, mərcidə, yumurta sarısında, kahıda,qarğıdalıda, badamda, günəbaxan tumunda, avakadoda, papyada, zeytun yağında xüsusilə çoxdur.

  • C vitamini damarları möhkəmləndirir, piyləri əridir. Bu səbəbdən varikozdan qorunmaq üçün qidalanmaya sitrus meyvələri, qara qarağat, çaytikanı, çiyələk, bolqar bibəri, hər növ kələm daxil etmək lazımdır.

  • P vitamini (rutin) damarların divarlarını və damarların daxilində olan qapaqları möhkəmləndirir. Portağal, limon, itburnu, qara qarağat, kələm, cəfəri, kahı, qarabaşaq, yaşıl çay bu vitaminlə zəngindir.

  • Xüsusi maddələr “bioflavonoidlər” varikoz xəstəliyinin profilaktikasında böyük rol oynayır. Onlar trombları əridir, qanın damarlarla hərəkətini asanlaşdırır. Bu maddələr qırmızı gilasda, albalıda, dəniz məhsullarında, dəniz yosunlarında var.

  • Təbii mayenin (su, şirələr, çiy kompotlar və s.) qəbulu çox vacibdir. İnsan az maye qəbul edirsə, onun qanı daha qatı olur. Nəticədə qanın damarlarda hərəkəti çətinləşir, damarlar isə həddən artıq yüklənir. Bu isə damarlarda pozulmaların inkişafına təkan verir.

  • Bağırsaqların normal işləməsi varikozun profilaktikasında böyük rol oynayır. Qəbizliyə yol verməyin. Bunun üçün qidalanmanızda qidalı liflərlə zəngin olan məhsulların (meyvə-tərəvəz, göyərti, sıyıqlar) miqdarını artırın. Bu çərəz, portağal, greyfrut, badımcan, qurudulmuş meyvələr, qarpız, yemiş, əncir və.s

  • Yağlı, şirin, duzlu, hisə verilmiş qidaları, müxtəlif konservləri, şorabaları qidalanmanızda minimuma çatdırın. Bu qidaların daim qəbulu damarların vəziyyətinə mənfi təsir edir.

Bundan əlavə varikozun profilaktikası üçün insan hərəkətli olmalı, idman və bədən tərbiyyəsi ilə məşğul olmalıdır. Üzgüçülük damarların sağlamlığını çox yaxşı qoruyur.//atv.az

Buna da baxın

Bu qidaları soyuducuda saxlamayın

Whatsapp ilə Paylaş Bəzi qidalar var ki, onları soyuducuda saxlamaq, sağlamlıq və qida dəyərinin azalması …