Əsas səhifə / Manşet / VARİKOZ-u müalicə edən dərmanların istifadəsindən əvvəl bunları bilməlisiniz
Bizi mobildən daha sürətli  izləyin

VARİKOZ-u müalicə edən dərmanların istifadəsindən əvvəl bunları bilməlisiniz

“Təmiz qan” (oksigenli qan) arteriyalar vasitəsilə orqanizmin müxtəlif toxuma və orqanlarına daşınır.

Burada oksigen sərf olunur və “çirkli qan”a çevrilir. Daha sonra “çirkli qan” venalar ilə təkrar ürəyə qayıdır. Qan, aşağıdan yuxarıya – ürəyə doğru qalxarkən, bu qanın geriyə qayıtmasını əngəlləyən mexanizmlər vardır. Bunlardan ən vacibi damar içərisindəki qanın geriyə axınını önləyən qapaqlardır.

Qapaqlar sayəsində qanın geriyə axınının qarşısı alınır. Əgər bu sistem pozularsa, varikoz yaranar. Tibbdə bu vəziyyətə xroniki venoz yetməzlik deyilir. Venalar genişlənir, şişkinləşir və qıvrılmış bir görüntü alır. Damar divarı da tədricən zədələnir.

Varikoz xəstəliyi zamanı elə bir dərman olmalıdır ki, venanın içərisində qapaqları bərpa etməlidir. Təəssüf, “qırılmış”, “qısalmış” qapağı bərpa edən və ya əvvəldən var olmayan bir qapağı yarada bilən tablet, məlhəm yoxdur. Bundan başqa elə bir derman ola bilməz ki, yaradılışdan gücsüz bir damarı, yığılması olmayan venanı tonuslandıra bilsin. Sadə bir misal deyək: dünyanın ən yaxşı futbol məşqçisi 1 yaşında uşağa maksimum topu atmağı öyrədə bilər. Çünki o yaşda uşağın gücü, bacarığı o qədərdir. Bu dərmanların ümumi adı isə flebotonikdir (venatonik), yəni venada tonus yaradan dərmanlar.

Son zamanlar internetdə bu tip müxtəlif dərman vasitələrinin geniş reklamı gedir. Dərmanın “effektivliyi” ilə bağlı yazanlar real insanlar deyil, sadecə yenilənən proqramdır. Fərqli adla, qiymətlə satılsa da, demək olar tərkib hər zaman eynidir: at şabalıdı, trokserutin, mentol (nane cövheri), ağrıkəsici və sair. Bu zaman əsas effekti yaradan ağrıkəsici qatqının və nanə yağının sərinləşdirici təsiridir. Bu isə ayaqlarda müvəqqəti rahatlıq hissinə səbəb olur. Başqa hər hansı fayda vermir.

Xəstələrə məsləhətimiz bu qrup dərmanları almadan öncə yaxşı fikirləşsin. İstifadə edəcəksinizsə, bunu unutmayın: ayaqda kiçik bir kapilyarın şəkilin çəkin, istifadədən bir neçə ay sonra görüntünü təkrar müqayisə edin. Real nəticəni görəcəksiniz.

Hər zaman sağlam olun!

İnformasiyaya görə fleboloq-cərrah İsmayil Esgerova təşəkkürlər!