Əsas səhifə / Əsas menu / Gözəllik / Vazelinin bilmədiyiniz istifadə üsulları
Bizi mobildən daha sürətli  izləyin

Vazelinin bilmədiyiniz istifadə üsulları

vazelinin bilmediyiniz istifade usullari

Daha uzun kirpiklərə sahib olmağın asan və effektli üsuludur vazelin. Gecə kirpiklərinizə sürtün və təsirini görün.

Quru və çatlamış dirsəkləri yumşaldır. Mütəmadi olaraq, dirsəklərinizə çəksəniz, qısa zamanda dirsəklərinizdə quruluq qalmayacaqdır.

Dolğun və gözəl dodaqlar üçün vazelindən istifadə edin. Hər axşam dodaqlarınıza vazelin çəkməklə gözəl dodaqlara sahib ola bilərsiniz.

Ətir sürtdüyünüz bölgəyə əvvəlcə vazelin çəkməklə, qoxunun daha qalıcı olmasını təmin edə bilərsiniz.

Vazelinin məsamələri tıxadığı məlumatı səhvdir. Tam əksinə daha yumşaq bir dəri üçün üzünüzə, boynunuza və qollarınıza sürtə bilərsiniz.

Dişinizə bulaşan dodoaq boyasına  vazelin sürtsəniz, ləkə  yox olacaq.

Gecədən qalan makiyajı təmizləməyi asanlaşdırır.

Qaşlarınızı şəkilləndirməkdən əvvəl həmin bölgəyə vazelin çəkin. Vazelin həmin nahiyyəni yumşaldır və qaşlarınızı şəkilləndirərkən ağrı hiss etməzsiniz.

Saçlarınızı boyayarkən,  saçınızla alınınızın birləşdiyi  yerə vazelin sürtün, beləcə boya üzünüzdə iz buraxmayacaq.

Aksesuarlarınıza yeni görünüş aşılayacaqdır. Ayaqqabılarınıza az miqdarda vazelin sürtün və fərqi görün!

Saçlarınızın ucları cansız və solğun görünürsə, az miqdarda saçlarınıza sürtün.

Paltarlarınıza bulaşmış makiyaj izinə vazelin sürtərək, daha asan təmizlənməsini təmin edə bilərsiniz.

Bədəninizin günəşdə yanmayan bölgələrinə xüsusilə dizlərinin arxasına və biləklərinizin daxili qisminə vazelin çəksəniz, rəng fərqini bağlayacaq.

Dırnaq boyasının qapağını daha asan açmaq üçün qapağın altına vazelin sürtün.

Peeling olaraq da istifadə edə bilərsiniz. Dəniz duzu ilə vazelini  qarışdırın və duşdan sonra bədəninizə sürtün.

Taxma kirpik yapışdırıcısını rahat çıxarmağınıza kömək olur.

Diqqət edilməli məqamlar.

Gözlə təmasından qaçınılmalıdır.

Yağlı dəri tipinə sahibsinizsə, vazelin sizin dərinizə uyğun olmaya bilər. Çünki, sızanaq sayında bir anda artım müşahidə edə bilərsiniz.

Makiyaj təmizliyində də vazelin istifadəsi çox tövsiyə edilməz. Vazelin suda parçalanmaz. Bu səbəblə göz üzərində bir təbəqə yaradır. Bu da gözə çəkilən qələm və tuşun axmasına səbəb olur. Bu səbəblə makiyajdan əvvəl vazelindən istifadə etməyin.

Buna da baxın

Qırılan dırnaqları necə düzəltməli? – Foto

Whatsapp ilə Paylaş Səbrlə gözləyərək uzatdığınız dırnağınız qırılır və kəsmək belə çətindi? Qadınklubu.com bunun üçün, …