Əsas səhifə / Əsas menu / Sağlamlıq / Velosiped sürməyin 5 faydası
Bizi mobildən daha sürətli  izləyin

Velosiped sürməyin 5 faydası

 

publika.az1440154302velosiped

İstər evdə, istər idman salonunda velosipedə minmək kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir yoldur. Eyni zamanda ucuz bir məşqdir.

Qadinklubu.com “Movqe.az” a istinadən məlumat verir ki, evinizə bütöv bir məşq dəsti almaq baha başa gələ bilər, amma bir velosipedlə lazım olan hər şey əlinizin altındadır. Velosipedə minməyin sizə uyğun məşq olub-olmadığını öyrənmək istəyirsiniz? Budur, sizə velosipedə minməyə başlamaq üçün 5 səbəb:

Məşq və ya yol velosipediylə arıqlayın

Velosipedə minmək kalori yandıraraq çəkinizi azaltmaq üçün çox faydalıdır. Böyük əzələlər işlədiyi üçün 65 kilo çəkisi olan bir qadın bir saat ərzində orta sürətli velosipedlə təxminən 500 kalori yandırmış olur. Həm də velosipedə minmək oynaqların həddindən artıq yük qaldırmadığı üçün hər yaşda olan insanlar üçün ideal bir məşqdir.

Ürək sağlamlığınızı qoruyun

Məşq etmək sadəcə arıqlamaq deyil, eyni vaxda sağlam və formada qalmaq üçün də əhəmiyyətlidir. Nizamlı olaraq ürək damarlarını məşq etdirən insanlar daha uzun ömür yaşayırlar. Sağlam ağciyərlərə sahib olmaq astma kimi tənəffüs xəstəliklərinə daha müqavimətli olmaq deməkdir. Orta və ya yüksək sürətli velosipedə minmək ürək döyüntüsünün sürətini artırar və formada qalmağa kömək edər.

Əzələlərinizi inkişaf etdirin

Velosipedə minmək hərəkətli və ya sabit bir velosiped üzərində edilən müqavimətli idman növüdür. Ayaqlarınızla pedalları çevirərkən əzələlərinizi inkişaf etdirirsiniz. Diz əzələləriniz kimi böyük əzələlərinizi inkişaf etdirir, maddələr mübadiləsi sürətini artırırsınız. Əzələlər hərəkət edə bilmək üçün kaloriyə ehtiyac duyur və buna görə də nə qədər çox əzələniz varsa, o qədər çox kalori yandırırsınız. Velosipedə minmək eyni vaxtda diz və ayaq biləyi əzələlərini də gücləndirir. Diz ağrısı çox rast gəlinən bir narahatlıqdır, velosiped sürməklə oynağın ətrafındakı əzələləri inkişaf etdirmək burxulma və əzilmənin qarşısını alar.

Pul yığın

Velosipeddən nəqliyyat vasitəsi kimi istifadə etsəniz, benzin yerinə kalori itirəcəksiniz. Bu da benzin və park etmə xərclərinin sıfra düşməsi deməkdir (velosiped üçün qıfıl almağı unutmayın). Bundan başqa, avtomobil sürmək əvəzinə velosipeddən istifadə edərək avtomobilinizə və cibinizə ziyan vurmazsınız.

Ətraf mühiti qoruyun

Bütün bu üstünlüklərlə yanaşı, velosipedə minərək istixana qazını və yol tıxaclarını da azaltmış olacaqsınız. Velosipedə minmək enerji məhsuldarlığı baxımından ən yaxşı nəqliyyat vasitələrindən olub dünyadakı bir çox insanın da ən sevdiyi nəqliyyat növüdür.

Buna da baxın

Təbii sabunun faydaları

Whatsapp ilə Paylaş Gözəlliyinin qayğısına qalan xanımlar bilirlər ki, dəri üçün ən faydalı vasitələrdən biri …