Əsas səhifə / Əsas menu / Sağlamlıq / Hamilə qadınlara xəbərdarlıq
Bizi mobildən daha sürətli  izləyin

Hamilə qadınlara xəbərdarlıq

yuj

Baş pediatr xəbərdarlıq edir. Hər keçən gün ölkədə keysəriyyə ilə dünyaya gələn uşaqların sayı artır.Nəyə görə özəl xəstəxanalar təbii doğuşdan daha çox keyseriyyə əməliyyatına üstünlük verir? Bunun fəsadları qadın üçün nələrdir?

Azərbaycanda keysəriyyə yolu ilə doğuşlar artır. Əslində isə doğuşa cəlb olunan qadınların 15, maksimum 20 faizi cərrahi müdaxilə ilə uşaq dünyaya gətirə bilər. Səhiyyə Nazirliyinin baş pediatrı Nəsib Quliyevin sözlərinə görə keysəriyyə yalnız tibbi göstəriş əsasında olmalıdır. Ancaq reallıqda bu belə olmur.

Bununla yanaşı uşaqlərın məhz bu yolla dünyaya gəlməsində həkimlərin də maraqları olur. Çünki keysəriyyə əməliyyatı normal doğuşdan xeyli baha başa gəlir. Baş pediatrın sözlərinə görə keysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqlarda normal doğuşla gələnlər arasında böyük fərq olur.

Amma uşaq dünyaya cərrahi yolla gəlirsə bu proseslərin heç biri, baş vermir. Ona görə də keysəriyyə kəsiyi ilə dünyaya gələn uşaqlarda tənəffüs pozğunluğu xəstəliyi baş qaldıra bilər. Baş pediatrın sözlərinə görə qadınlar bununla bağlı maarifləndirilməli, təbii doğuşun ana və uşaq üçün üstünlükləri təbliğ olunmalıdır.

Buna da baxın

Azərbaycanda abortla bağlı qorxunc statistika

Whatsapp ilə PaylaşAzərbaycanda abortla bağlı qorxunc statistika 2014-cü ildə Azərbaycanda 27 220 abort qeydə alınıb. …