Əsas səhifə / Əsas menu / Yemək reseptləri / İçkilər / Albalı suyunun hazırlanma qaydası – Resept
Bizi mobildən daha sürətli  izləyin

Albalı suyunun hazırlanma qaydası – Resept

ss

Albalının  faydaları saymaqla bitmir.

Evdə albalı  suyu hazırlamaq istəyirsinizsə, Qadınklubu.com-un təqdim etdiyi reseptdən yaralanın.

Hər yeməkdə qəbul edə biləcəyiniz albalı  suyu

Albalı suyu üçün vəsaitlər:

1 kilo albalı
su
3 stəkan şəkər
1 limonun suyu

Albalı  suyunun hazırlanması:

Çəyirdəyini təmizlədiyiniz albalıları  bir qazana tökün və üstünə çıxacaq qədər su əlavə edin. Qazanı ocağa qoyub albalıları qaynadın. Albalılar çatlamağa başladığı zaman ocağı söndürüb ən az 1 saat albalının  rəngini dəyişməsi üçün gözlədin.

Sonra albalını  süzüb suyunu ayrı bir qazana alın və süzülən albalı  suyunu təkrar ocağa alıb qaynadın.

Şəkər və limon suyunu əlavə edib qarışdırın və üzərində yığılan köpüyü alın və qaynatmağa davam edin.

Ocağın üzərindən aldıqdan sonra soyumağa buraxın.

Soyuq və bəkməz halına gələn qarışığı şüşə qablara yığıb, ağzını bağlayıb, günəş görməyən yerdə saxlayın.

Servis edən zaman soyuq su əlavə edərək albalı  suyunuzu istifadə edə bilərsiniz.

Buna da baxın

Yatmazdan öncə bu içkiləri içməyin

Whatsapp ilə PaylaşYatmazdan öncə bu içkiləri içməyin Gecə yatmazdan əvvəl yeyib içdikləriniz yuxu nizamınıza olduqca …