Əsas səhifə / Manşet / Xərçəng xəstəsinə əsla bunları deməyin
Bizi mobildən daha sürətli  izləyin

Xərçəng xəstəsinə əsla bunları deməyin

ruyaveruya_ruyada-hasta-olmak-666x480

Xərçəng xəstələrinin ailə və  ətrafdan görəcəyi dəstək, xəstəliklə mübarizə aparmaqda son dərəcə əhəmiyyətli bir rol oynayır.

 

Xəstə yaxınları, bu müddətdə həm narahat olduqları üçün,  həm də necə davranacaqlarını bilmədikləri səbəbi ilə bəzən səhv davrana bilirlər. Türkiyənin Memorial Şişli Xəstəxanasından Klinika Psixoloqu Zeren Okçuoğlu Kadıoğlu xərçəng xəstələrinə psixoloji baxımdan doğru yanaşma üçün diqqət edilməsi ilə bağlı əhəmiyyətli məlumatlar verdi. Qadinklubu.com olaraq sözügedən məlumatı sizlərlə də paylaşırıq.

1- “Keçən gün televiziyada xərçəng üçün bitki mənşəli bir dərman çıxdığını gördüm …”

Hər eşitdiyiniz  məlumatı xəstəyə ötürmək daha çox narahat olmasına və hirslənməsinə yol aça bilər. Eşidilən məlumatlarla xəstənin başını qarışdırmaq yerinə, davam edən müalicəsi mövzusunda onu dəstəkləmək daha doğru olacaq.

2- “Onsuz da artıq hər kəs xərçəng olur”

Xəstəliklə əlaqədar ümumiləşdirmə etməkdən qaçınılmalıdır. Xəstənin olduğu vəziyyəti adiləşdirəcək  sözlər qətiyyən deyilməməlidir. Xəstə bunların özünü ovutmaq üçün deyildiyini və həqiqi olmadığını düşünə bilər.

3- “Mənim bir tanışım vardı xərçəng idi,  amma səninki fərqlidir, sağalacaqsan”

Hər xərçəng xəstəsinin müddəti fərqli olduğu üçün digər xəstələrin vəziyyətləri ilə əlaqədar müsbət ya da mənfi bir müqayisə etmək onların özlərini  yaxşı hiss etməsinə kömək olmaz.

4- “Görəsən çox siqaret çəkdiyin üçünmü xəstələndin?”

Xərçəng diaqnozu ilk öyrənildikdə xəstə və yaxınlar buna bir səbəb tapmağa çalışırlar. Bu  xəstədə günahkarlıq duyğusu oyandıran və onu mühakiməedici  ifadələrdən qaçınılmalıdır.

5- “Kədərlənmə, saçların yenə uzanar”

Xərçəng müalicəsi müddətində yaşanacaq fiziki dəyişikliklərlə əlaqədar şərh etməmək əhəmiyyətlidir. Ancaq xəstə bu mövzuyla əlaqədar çətinliyini dilə gətirdiyində onu dinləmək lazımdır.

6- “Dərmanlarını nizamlı qəbul edirsən?”, “Məncə nizamsız qidalanırsan”, “Bu gün özünü necə hiss edirsən?”

Xəstə yaxınları yaşadıqları qayğı səbəbiylə bəzən xəstələrin üzərinə çox düşərlər. Xəstə öz müalicəsinə və baxımına uyğunlaşma göstərdiyi halda yaxınların həddindən artıq idarəçi davranmaqları xəstələrin kontrollarının  azalmasına, əsəbləşməsinə və ailə içi əlaqələrin zərər görməsinə səbəb ola bilər.

7- “Güclü olmağa çalış, hər şey düzələcək, narahat olma!”

Xərçənglə mübarizə aparan yaxınınızın hər zaman güclü ola bilməsi mümkün olmaya bilər. Bunun yerinə, müalicə zamanı çətinlik çəkdiyi zamanların ola biləcəyini qəbul etmək və gücsüz hiss etdiyində yanında ola bilmək ona daha yaxşı təsir göstərəcəkdir.

8- “Səni çox yaxşı anlayıram”

Bir xərçəng xəstəsinin necə hiss etdiyini tam olaraq bilmək mümkün olmaya bilər. Bunu söyləmək yerinə, istədiyi zaman onu dinləməyə hazır olduğunuzu söyləmək kafidir.

9- “Yaxşı düşünməyə çalış, stress keçirmə!”

Xərçəng olan yaxınınızın hər zaman müsbət düşünməsi mümkün deyil. Əhvalının xarab olduğu və psixoloji olaraq çətinlik çəkdiyi zamanlar ola bilər. Onun əhvalını pozan amillərin nələr olduğu haqqında danışmağa təşviq etmək daha faydalı olacaq.

10- “Sən xəstəsən yat dincəl!”, “Biz hər şeyi edərik nigaran qalma”

Xəstə yerinə hər şeyi etmə səyi, onun özünə inamını və öz həyatları üzərindəki idarələrini sarsıdar. Bunun yerinə ehtiyacı olduğunda sizdən dəstək ala biləcəyini bilməsi və yaxşı hiss etdiyi zamanlarda öz işləriylə maraqlanması xəstəyə ruhi baxımdan müsbət təsir göstərər.

Xərçəng xəstələrinin və yaxınlarının bu çətin müddətdə psixoloji dəstək almaqları çox əhəmiyyətlidir. Bunun nəticəsində əhval-ruhiyyəni yüksək tutaraq müalicəni daha da müvəffəqiyyətli etmək mümkündür.

Buna da baxın

Diqqət:Kişilərdə bu əlamətlər xərçəngə işarədir

Whatsapp ilə PaylaşXərçəngin bir çox əlamətləri ola bilər. Ona görə də səhhətinizdə kiçik də olsa …