Əsas səhifə / Əsas menu / Xəbər / Xəyanətə görə qadının cəzası nə olub? -Tarix
Bizi mobildən daha sürətli  izləyin

Xəyanətə görə qadının cəzası nə olub? -Tarix

uuXəyanətə görə qadının cəzası nə olub? -Tarix

Xəyanət bütün dövrlərdə həmişə qınanılıb, buna görə qanlar tökülüb. İstənilən halda kişinin qadına, qadının kişiyə xəyanəti bağışlanmaz sayılıb. Hətta ən demokratik ölkələrdə, gender bərabərliyinin ən yüksək olduğu respublikalarda da, xəyanətə birmənalı yanaşılmayıb. Hələ qədim zamanlarda xəyanəti törədən qadınlara qarşı sərt cəza tədbirləri görülüb. Çox maraqlıdır ki, kişinin belə addım atmasına görə cəzalanmasına rast gəlinməyib. Beləliklə, qədimdə xəyanət edən qadınlara hansı cəzalar tətbiq edilib?

Qədim danimarkalılar xəyanət edən qadınları diri-diri basdırıblar. Monqolların cəzası isə çox ağır olub. Qadının atdığı əməl sübuta yetiriləndə, onu nə həbsxana həyatı, nə də döyülmə gözləyib. Xəyanət edən qadın xalqın qarşısında iki yerə bölünüb.

Hindistanda isə belə qadınların öldürülməsi əzabla, özü də saatlarla davam edərmiş. Belə ki, qadını yerə uzadandan sonra fil onu tapdalayarmış. Bir tapdalamadan sonra fili kənara çəkər, bir saatdan sonra heyvan yenə əvvəlki hərəkəti təkrarlamağa məcbur olunarmış. Bununla da edam günəşin qürubuna qədər davam edərmiş.

Siam ölkəsindəki cəza digərlərindən fərqlənib. Belə ki, orada xəyanətkar qadının hissləri ilə oynayarmışlar. Əvvəlcə, qadını ağaca bağlayarmışlar. Sonra erkək fildə elə təəssürat yaradarmışlar ki, guya qadın dişi fildir.

Afrika qitəsində isə kiçik Luanqo krallığı mövcuddur. Orada xəyanətkar qadını və onun məşuqunu qayadan atarmışlar. Qədim hunlar isə qadını nəcisə bürüyər və xalqın arasında sürüyərmişlər. Bəzi ölkələrdə isə xəyanət edən qadını əri cəzalandırarmış. Ər həyat yoldaşının günahının sübut olunub-olunmamasına əhəmiyyət verməz, şübhə varsa, yerindəcə öldürərmiş. Mayami ştatının qədim qəbilə üzvləri isə əvvəlcə xəyanətkar qadının burnunu yerindən çıxararmışlar. Sonra küçəyə çıxarıb hissələrə ayırarmışlar.

Kanadanın qədim sakinləri isə xəyanətdə suçlanan qadının başını üzərmişlər. Roma imperiyasının şərqində isə qadını öldürməyiblər. Bazara çıxarıb birinci müştəriyə satıblar.

Diyarbəkirdə belə qadınları bütün ailə cəzalandırıb. Ailənin hər bir üzvü ona bir xəncər zərbəsi endirərmiş. Yunanıstanın bəzi əyalətlərində xəyanətkar qadını istənilən adam cəzalandırarmış. Fərqi yoxdur, əri, yaxud qardaşıdır. Yoldan keçən adam belə halla üzləşsəydi, qadına yerindəcə cəza verərmiş.

Vəhşi qottentotların adətləri isə özünün qəribəliyi ilə seçilib. Qəbilənin üzvləri ata və analarını istənilən vaxt öldürə bilərmişlər. Və buna görə onlara heç bir cəza verilməzmiş. Amma qadın xəyanətini bağışlamayıblar. Lakin bu cəza xəyanət sübut olunandan sonra yerinə yetirilərmiş. Əgər qadın başqasından uşağa qalarsa…


Buna da baxın

Dırnaqlarınızdakı ayparalar hansı xəstəliklərdən xəbər verir?

Whatsapp ilə Paylaş Dırnaqlarınıza diqqət yetirin. Onların ətə birləşən hissəsindən bir qədər yuxarıda aypara yerləşir. …