Əsas səhifə / Manşet / Xaçapurinin hazırlanması
Bizi mobildən daha sürətli  izləyin

Xaçapurinin hazırlanması

h

Xaçapuri gürcü mətbəxinin ən çox yayılmış yeməyidir.

Xaçapurinin çoxlu reseptləri mövcuddur və hər bir ev sahibinin bunu hazırlamaq üçün öz sirri var. Sizə təqdim edəcəyimiz bu resept ən universal resept sayılır.

Tərkibi:

  • 3 stəkan buğda unu
  • 1 stəkan kefir
  • 2 yumurta
  • 1 ç q duz
  • 1 x q şəkər
  • 0,5 ç q qida sodası
  • 1 st bitki yağı
  • 400 q bərk pendir
  • 50 q kərə yağı

Hazırlanma qaydası:

  • Kefir, şəkər, duz və bitki yağı, 1 yumurta yaxşıca qarışdırılır.
  • 2 stəkan un ələnir, soda əlavə edilir, qarışdırılır və yuxarıdakı qarışığa əlavə edilir. Xəmir yoğurmaq üçün unu az-az əlavə edirik ki, xəmir yumşaq formasını saxlamış olsun. Xaçapuri üçün xəmir ələ bir az yapışmalıdır. Onu dəsmalla örtürük və dincə qoyuruq.

İçlik üçün:

  1. Pendir sürtkəcdən keçirilir, 1 yumurta əlavə edilir və qarışdırılır.
  2. Xəmiri uzunsov formaya gətirib 7 yerə bölürük.
  3. Həmin hissələrdən fətir hazırlayıb, hər birinin mərkəzinə içlik yerləşdiririk.
  4. Fətirin uclarını götürüb mərkəzə doğru dartıb onları birləşdiririk.
  5. Sonra onu bir dəfə tərsinə çevirib yayırıq, bir dəfə də yenidən üz tərəfə çevirib yayırıq.
  6. Bunu qaynar tavaya qoyub qapağı bağlayırıq və vam odda yağ olmadan hər iki tərəfdən qızılı rəng alana qədər qızardırıq.
  7. Sonda hazır xaçapurini kərə yağıyla yağlayırıq.