Əsas səhifə / Manşet / Xalça seçimində bunlara diqqət edin
Bizi mobildən daha sürətli  izləyin

Xalça seçimində bunlara diqqət edin

xalca seciminde bunlara diqqet edin

Xalçalar davamlı ayaq altında olduğundan yıpranma, çirklənmə kimi  problemlər ilə qarşı-qarşıyadır. Davamlı dəyişməsi büdcə baxımından da hər zaman mümkün olmur. Bu səbəblə həm evinizin bütövlüyünü tamamlayacaq doğru xalçaları tapmaq, həm də keyfiyyət mövzusunda səhv etməmək üçün diqqət verməli olduğunuz bəzi məqamlar vardır. Qadinklubu.com həmin qaydalarla sizləri tanış edir.

Evinizə xalça seçərkən diqqət etməli olduğunuz məqamlar

Həm model, həm forma, həm də keyfiyyət olaraq bir-birindən fərqli bir çox xalça seçimi var. Qərarınızda yanılmamaq üçün hansıotaq üçün xalça seçdiyiniziəvvəlcədən müəyyən etməlisiniz. Qonaq otağındakı xalçanı uşaq otağı və ya yataq otağında istifadə etmək olmaz.

Zəmanəti olduğuna diqqət edin

Satışda hər qiymətdə və keyfiyyətdə xalça tapmaq mümükündür.Amma çox te-tez dəyişilməyən olduğunu nəzərə alaraq keyfiyyətli olanını seçim edin.  Sintetika qarışığı çox olan və təmizliyi çətin olan modellərin istifadəsi rahatlıq baxımından sizə çətinlik yaradacaq. Eyni zamanda zəmanəti olan xalçalara daha çox diqqət edin.  Bir çox firmalar məhsullarını zəmanət altına almışdır. Sizdə xalça  alarkən zəmanətli məhsul satan firmaları seçim edin ki, satış sonrası yaşanacaq çətinliklərdə zərər çəkmiş olmayın. Son illərdə tez-tez qarşımıza çıxan uzun tüklü xalçalar hər kəsin marağını çəkir. Yumşaqlığı, toxuması və qəşəng görünüşü ilə sizi aldadan bu modellər istifadə baxımından olduqca çətin məhsullardır. Tüklərin çox tez tökülməsi və çətin təmizlənməsi nəzərə  alınmalıdır.

Buna da baxın

Yatağınızda 10 milyon mikrob var

Whatsapp ilə Paylaş  Xüsusilə ilıq və nəmli mühit sevən mikroblar , sağlamlığımız üçün təhlükəlidir. Əslində …