Əsas səhifə / Əsas menu / Sağlamlıq / Xalların xaric edilməsi təhlükəlidir!
Bizi mobildən daha sürətli  izləyin

Xalların xaric edilməsi təhlükəlidir!

48272710

Onkoloqlar melanomanı (dəri xərçəngi) “qara kraliça” adlandırırlar. Bu xərçəng növü çox tez inkişaf edir, sürətlə müxtəlif orqanlara metastazlar verir və bir çox hallarda insanın tez biz zamanda həlak olmasına səbəb olur.

Həkimlərin müşahidələrinə görə, bəzən xalların xaric edilməsi melanomanın inkişafına təkan verə bilər. Bu səbəbdən heç zaman xalı ev şəraitində kəsməyin, yandırmayın, xalın xaric edilməsi üçün xalq təbabəti vasitələrindən istifadə etməyin. Həmçinin xalın kosmetik kabinetlərdə, salonlarda və s. bu kimi yerlərdə xaric edilməsi də çox təhlükəlidir.

Xalın xaric edilməsindən əvvəl mütləq dermatoloq-onkoloqun müayinəsindən keçmək lazımdır. Həkim bu xalla bağlı olan riskin olub-olmamasını təyin edir. Daha sonra xal xaric oluna bilər.

Xalı adi kosmetoloq deyil, həkim-dermatoloq xaric etməlidir. Xaric etdikdən sonra xalın mikroskopik hissəsi laboratoriyaya sitoloji analizə göndərilməlidir. Bu çox vacibdir. Bəzi hallarda belə analiz melanomanı ilkin mərhələlərdə aşkar etməyə və nəticədə insanın həyatını xilas etməyə kömək edir. Əgər analiz nəticəsində melanomaya şübhə yaranarsa, mütləq onkoloqa müraciət etmək lazımdır.

İri (1 sm-dən böyük), “pis” yerlərdə yerləşən (məsələn, qoltuğaltı nahiyəsində, boyunda, pəncədə, üzdə) və nəticədə tez-tez travmalara məruz qalan xalları vaxtında və düzgün xaric etmək çox vacibdir. Bu gələcəkdə melanomanın inkişafının riskini azaldır.//saglamolun.az

Buna da baxın

Pəhrizsiz arıqlamaq üçün məsləhətlər

Whatsapp ilə Paylaş  Arıqlamaq üçün mütləq diyeta saxlamaq məcburiyyətində deyilsiniz. Lazımı vərdişlərə yiyələndiyiniz zaman, asanlıqla …