Əsas səhifə / Manşet / Xamalı kremlə bal tortu
Bizi mobildən daha sürətli  izləyin

Xamalı kremlə bal tortu

Tərkibi:

  • 100 qr bal
  • 200 qr şəkər tozu
  • 50 qr kərə yağı
  • 400 qr un
  • 2 yumurta
  • 20 ml su
  • 1 ç/qaşığı soda
  • 1 çimdik duz

Krem üçün:

  • 650 qr xama 15-20%
  • 150 qr şəkər tozu
  • 125 qr kərə yağı

Kremin hazırlanması

Xamaya şəkər tozu əlavə edib qarışdırın. Sonra su hamamında şəkər tozu əriyənə qədər qarışdırın. 1 saata qədər su hamamında bişirin. Xamanı ocaqdan götürdükdən sonra kərə yağını əlavə edib qarışdırırıq. Otaq temperaturunda soyumasını təmin edirik.
Biskvitin hazırlanması:Balı ocaqda əridirik. İsti bala sodanı ələkdən keçirərək əlavə edib qarışdırın(bal təbii olmalıdır). Şəkər tozu və duzu əlavə edib qarışdırmağa davam edin. Suyu da əlavə edib qarışdırın. Sonra qarışımı ocağa qoyub oxra rəngi olana qədər qarışdırın. Daha sonra ocaqdan götürüb bir qədər qarışdırdıqdan sonra təkrar ocağa qoyun. Karamel rəngi olana qədər qarışdırın. Kərə yağını əlavə edib qarışdırın. 10-15 dəqiqə gözlədin. İlıq olduqdan sonra yumurtanı əlavə edib qarışdırın. Unu əlavə edib qarışdıraraq yumşaq xəmir əldə edirik. Xəmiri 8 bərabər hissəyə bölürük. Yağlı kağız üzərində xəmirləri yayırıq. Formaya saldıqdan sonra kənarlarını saxlayırıq. Üzərində çəngəllə dəliklər açırıq. Əvvəlcədən isidilmiş 180 dərəcəlik sobada bütün biskvitləri bişiririk. Artıq qalan hissələri isə ovuntu şəklində bəzək üçün saxlayırıq. Biskvitlərin üzərinə krem çəkərək üst-üstə düzürük. Üzərini və kənarlarını kremlədikdən sonra ovuntunu üzərinə səpirik. 1 saat soyuducuda gözlətdikdən sonra servis edə bilərsiniz.

Nuş olsun!

Buna da baxın

Hədiyyə tortu

Whatsapp ilə PaylaşTərkibi: 5 yumurta 150 qr şəkər tozu 150 qr un 2 x/qaşığı nişasta …