Əsas səhifə / Manşet / Xamalı tort
Bizi mobildən daha sürətli  izləyin

Xamalı tort

Tərkibi

  • 500 qr xama 20 %-li
  • 400 qr un
  • 15 qr kakao
  • 50 qr kərə yağı
  • 2 stəkan şəkər tozu
  • 10 qr qabartma tozu

Krem

  1. 500-700 qr 30%-li xama
  2. 1 su stəkanı şəkər pudrası
  3. 10 qr vanil
  4. 100 qr qoz
  5. Üzəri üçün qara şokalad

Kremin hazırlanması:

Xamanı tənzifdə süzərək artıq suyunun çəkilməsini təmin edirik. Xamaya şəkər tozunu hissə-hissə qarışdırmağa davam edirik. Şəkər tozu ilə xama bir maddə halına gəldikdə vanili də əlavə edirik. Artıq krem hazırdır.

Hazırlanması:

Xama ilə şəkər tozunu qarışdıraraq üzərinə əridilmiş yağı əlavə edərək qarışdırmağa davam edirik. Unla qabartma tozunu qarışdırırıq. Undan 3 x/qaşığı saxlayaraq digər hissəni qarışıma əlavə edirik. Sonra hazırladığımız xəmiri iki yerə bölürük. Bir hissəsinə əvvəlcə ayırdığımız 3 x/qaşığı unu, digər hissəyə isə kakao əlavə edirik. Daha sonra hər iki hissəni də üç bərabər hissəyə bölürük. Hər hissəni vərdənə vasitəsilə (xəmirin üzərinə salafan alt qisminə isə kalka sərin yaymaq rahat olsun) yayaraq, əvvəlcədən qızdırılmış 190-200 dərəcəlik sobada 8-9 dəqiqə bişiririk. Bütün hissələri bu qaydayla bişiririk. Sobadan çıxardıqdan sonra kənarlarını nizamlayaraq kəsirik. Artıq hissələri sobada ovulması rahat olsun deyə quruduruq. Korjları kremləyirik. Korjların arasına da kremdən sonra doğranılmış qoz səpirik. Üzərini də kremlədikdən sonra vərdənə vasitəsilə ovulmuş xəmir hissələrini və sürtgəcdən keçirilmiş şokalad səpirik.

Buna da baxın

Mimoza tortu

Whatsapp ilə PaylaşTərkibi: (Eyni miqdarda ərzaqla 2 biskvit hazırlayın) 4 yumurta 125 qr un 125 …