Əsas səhifə / Əsas menu / Praktika / Xanımlar və Cənablar, Gülümsəyin!
Bizi mobildən daha sürətli  izləyin

Xanımlar və Cənablar, Gülümsəyin!

baby-smile-face-graphic

Xanımlar və Cənablar, Gülümsəyin!

Gülümsəmək ilk növbədə ətrafına, hər şey yaxşıdır mesajını verir. Gülümsəyən insanlar həmişə diqqət çəkir və yaxınları tərəfindən çox sevilir. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu cür gülümsəmə ilə, “daxildən gələn” gülümsəmə arasında fərqlər çoxdur. Buna biz gündəlik danışıqda ürəkdən gülümsəmə də deyirik. Fransız nevroloq Duşen de Bulon adını daşıyan bu gülümsəmə növü çoxlarımızın bəlkə də ilk dəfə qarşılaşdığı bir ifadədir.

Maraqlıdır, görəsən bilmədən biz də bu cür gülürük?

“Duşen gülümsəməsi”nə sahib insanların  xoşbəxt həyat keçirdikləri, bu cür şəxslərin “maskalanmış” insanlara nisbətdə saylarının daha çox olduğu məlumdur.

Bu gülümsəmə zamanı insan üzündə iki əsas üz əzələsi hərəkət edir. Yaranan mimikalar məcburi gülümsəmələr nəticəsində formalaşmayacaq qədər təbiidir. Bu cür gülümsəmə zamanı göz ətrafında yaranan“orbicularis occuli” əzələsinin büzülməsi ilə yanaqlar yuxarı qalxır, göz altında şişkinlik, kənarında isə qırışlar yaranır.

Aparılan araşdırmlara nəticəsində məlum olub ki, daxildən gələn gülümsəməyə malik olan şəxslərin daha xoşbəxt həyatı, ailə və dostları ilə qurduğu daha sağlam münasibətləri var. Bu cür insanlar evlənir, başqa evliliklərlə müqayisədə daha az boşanma ilə üzləşirlər. Ümumiyyətlə, bu cür insanlar qarşılaşdığı poblemi daha tez həll edir, daim alternativ yollar təklif edir. Bir sözlə, həyatdan zövq almağı bilirlər.

Gülümsəyin…