Əsas səhifə / Manşet / Xınanın faydaları və zərərləri
Bizi mobildən daha sürətli  izləyin

Xınanın faydaları və zərərləri

k

Xına həm toy adətlərində, həm də gözəllik üçün istifadə edilən təbii bir vasitədir.

Qadınklubu.com bildirir ki, xınanın sağlamlıq baxımından faydaları məhduddur. Daha çox dəri, saç və dırnaq sağlamlığı üçün istifadə edilir. Ancaq faydaları olduğu kimi, zərərləri də mövcuddur!

Xınanın dəriyə faydaları:

Bəzi dəri xəstəliklərinin müalicəsində istifadə olunan xına, dərinin qalınlaşmasını təmin edir. İncə dərilərdə meydana gələn tökülmələrə qarşı xına faydalıdır. Bundan əlavə, xına dəri hüceyrələrinin sağlamlığının qorunmasında bilvasitə iştirak edir.

Xınanın saçlara faydaları:

Saçlar üçün xınanın ən mühüm faydası tökülən saçlara qarşı təbii şəfa mənbəyi olmasıdır. Xına saçlarda uzun müddət istifadə olunarsa, saçlarda əmələ gələn qırılmaları yox olar. Xına saçlarda yumşaqlıq yardır, saç köklərinin sağlamlaşmasına kömək edir.

Ağrı kəsici xüsusiyyəti:

Xınanın ağrı kəsici xüsusiyyəti var, hər hansı bir səbəbdən yaranan ağrılara qarşı təsirlidir. Xına yanıq yaralarına faydalıdır. Xınanın açıq yaralara da faydalı olduğu bidirilir. Yarada olan ağrını yüngülləşdirir.

Dırnaqlara faydaları:

Dırnaq müalicəsində xına daha çox istifadə edilir. Xına qırılmağa meyli olan dırnaq quruluşunun aradan qalxmasına kömək edir.

Qaraciyərə faydaları:

Sağlamlıq baxımından son dərəcə sağlam bir bitki olan xına bitkisinin qabığı qaraciyər üçün faydalıdır. Xına bitkisinin qabığı eyni zamanda sarılıq xəstəliyinin müalicəsində də istifadə olunur.

İltihab:

Yanıqlar üçün təsirli bir şəfa qaynağı olan xına eyni zamanda qarqara edildiyində dildə, ya da ağız boşluğunda yaranan iltihab xəstəliklərinə yaxşıdır.

Xınanın zərərləri:

Xına yetkin yaşda olan xanımlar tərəfindən saç və dəri üçün istifadə olunur. Xına dəridə qızarma, şişmə, yanma kimi problemlərə səbəb ola bilər. Həssas dərilərdə allergiyaya yaradır. Həmçinin, tənəffüs yollarında allergiya, öskürmə və astma kimi xəstəliklər yaradır. Xınanın ağıza salınması tövsiyə edilmir. Xınanın səhvən udulması təcili tibbi müayinəyə səbəb ola bilər. Uşaqlarda və körpələrdə xına bəzi dəri problemlərinə səbəb ola bilər. Xınaya qarşı allergiyanız varsa ondan uzaq dayanmalısınız.

Buna da baxın

Gül suyunun cildinizə faydaları

Whatsapp ilə Paylaş Gözəl, təzə və canlı bir dəri istəyirsinizsə, dəridəki qırışlar üçün təbii həllər …