Əsas səhifə / Əsas menu / Gözəllik / Xınanın saça faydaları
Bizi mobildən daha sürətli  izləyin

Xınanın saça faydaları

j

Saça qulluq zamanı təbii üsullardan faydalanmaq, hər zaman çox daha yaxşı nəticələr verir.

Bu səbəblə də bir çox qadın təbii olan saça quuluq vəsaitlərini seçim edirlər. Təbii saç baxımından əlavə, etdirmiş olduğunuz kimyəvi əməliyyatlar, saçların köhnəlməsinə və zərər görməsinə səbəb olur. Əgər siz də hər səhər aynaya baxdığınızda saçlarınızın cansız və solğun görünüşünə təssüflənirsizsə, onda sizə son dərəcə təbii və faydalı bir təklif edirik. Saçlarınıza xına çəkin.

Əvvəlcə sizlərə saça xına çəkməyin faydalarından bəhs etmək istəyirəm.Sa xına çəkmək saçların parlaq, işıltılı olmasına, köhnəlmiş saçların bərpa edilməsinə, yağlı və mat görünüşün yox olmasına səbəb olur. Saça tətbiq edilən xına, saçı təmizləməklə qalmır, eyni zamanda saçı gücləndirərək yağlanılmasının qarşısını alır. Buna görə də, xüsusilə qırıq və yağlı saçlar üçün xına əla seçimdir.

Xına saçları sağlamlığına faydalı olmasından əlavə həm də, saçlara qızılı rəngli parlaqlıq verir . Bundan əlavə xınanın tərkibində qaradan rəngsizə doğru uzanan, qumral, şabalıdı, qızılı-qəhvəyi, qızılı, parlaq sarı ya da təbii mis kimi rəng piqmentləri vardır. Rəng seçiminizi etmədən əvvəl, sizin saçınıza ən uyğun olanın hansı olduğunu təyin etməlisiniz. Saçınız ağ və ya sarıdırsa əldə edəcəyiniz rəng dumanlı qızılı olacaq. Bu da saçınıza kifayət qədər gözə çarpan bir görüntü qazandırmaz. Çünki xına saça həqiqətən rəngləndirməkdən çox qızılı tonlar verir.

Digər tərəfdən, sarışın saçlarda xına qızıl sarısı ya da təbii mis tonları kimi görünəcək. Açıq rəngli saçlara hər rəng yaraşar. Əgər saç rənginizi tez-tez dəyişirsinizsə, nəzərə alın ki, xınan saçdan təmizlənməsi 4-6 həftə vaxt alır. Ən əsası xınanın üzərindən qısa vaxtdan sonra saçı boyamaq mümkün deyil.

Kimyəvi əməliyyatlar nəticəsində cansızlaşan saçlara diqqət: bu kimi vəziyyətlərdə xına istifadə etməmişdən əvvəl ən az dörd həftə gözlənilməsi tövsiyə edilir.

Qırıq saçlar üçün

Solğun saçlar, tez qırılan, quruyan saçlarınız varsa kimyəvi maddələrə aldanmıyın. Bu kimi problemlərin həlli üçün xınanı sınayın. Saça xüsusi parlaqlıq və həcm verən xına müntəzəm olaraq istifadə edildiyində saç dərisini təmizləyərək saç köklərinin yaxşı hava almağına kömək edər.

Həddən artıq quru və həcmsiz saçlar üçün

Xına saçı nəmləndirir, saç tellərini qoruyaraq həcm verir. Əgər saçlarınızı nəmləndirmək üçün istifadə edəcəksinizsə, onda bir gün əvvəldən bir çaydan çay dəmləyin və xınanı onunla qarışdırın. Saçınıza çəkməmişdən əvvəl həmin qatışıma bir ədəd yumurta da əlavə edib yaxşıca qarışdırdıqdan sonra saçınıza çəkin. Bir saat gözlədikdən sonra saçınızı şampunla yuyun.

Kəpəyə qarşı

Xınanın saç dərisini yumşaltması, qıcıqlanmanı azaltması və saç dərisini təmizləməsi kəpəyə qarşı ən yaxşı vasitə olduğunu sübut edir. Xınayla kəpəyə qarşı saç maskası hazırlamaq üçün gecədən bir ovuc çəmən otunu suda saxlayın və səhər əzin. Daha sonra 2 çay qaşığı xınayla qarışdırıb qatı bir məhlul əldə edin. Saç dərinizə bunu masaj edərək çəkib 1 saat saxladıqdan sonra yuyun.

Saça xına çəkərkən nələrə diqqət edilməlidir:

* Xına ləkəsi əsla çıxmaz! Saçınıza xına çəkməmişdən əvvəl köhnə bir köynək, istifadə etmədiyiniz bir salfet və əlcəkləri hazır edin. Xına çəkəcəyiniz yer rahat silinə biləcək bir yer olsun. Xalça, palaz və.s bu kimi çirklənə biləcək əşyalarınızı xına ləkəsindən qoruyun.

* Toz halındakı xınanı isti su və bir qaşıq zeytun yağı ilə yumşaq bir qatışıq əmələ gələnə qədər qarışdırın.

* Xınanı quru saçınıza kiçik bir fırça ilə sürtün. Əgər özünüzə çətindirsə, başqasından kömək alın. Ən yaxşı üsul saç diblərindən başlayaraq xınanı zolaqlar şəklində çəkməkdir. Dibləri tamamilə örtüldüyündə, saç uclarına qədər davam edin. Daha sonra, saç uclarını başın təpəsində yığaraq saç dərisinə masaj edin.

* Xınanın istiliyini qorumaq üçün başınızı salafan paketlə sarıyın. Üzünüzü bütün xına qalıqlarından təmizləyin. Əks halda üzünüzdə qızılı ləkələr meydana gələr! Ən az bir saat gözlədin.

* Xına qalıqlarını rahat təmizləmək üçün saçınızı ilıq suyla durulayın. Ardından şampunla yuyun. Rəngin sabitləşməsi və saçın asan daranması üçün saç kremi də istifadə edə bilərsiniz.

Xınanın saça zərərləri

Xına normal şərtlərdə saça zərər verməz. Lakin kimyəvi əməliyyatlar nəticəsində, zərər görmüş saçalara tətbiq etmək üçün 4-5 həftə gözləmək lazımdır.

Buna da baxın

5 dəqiqədə dərmansız təzyiq salmaq üsulu

Whatsapp ilə Paylaş Müasir dövrün xəstəliyidir yüksək təzyiq. Duzlu yeməklər, siqaret, spirt istehlakı, yuxu çatışmazlığı …