Əsas səhifə / Manşet / Xırda küftəli və balqabaqlı şorba
Bizi mobildən daha sürətli  izləyin

Xırda küftəli və balqabaqlı şorba

h

Lazım olan ərzaqlar:

Mal əti (kürək hissəsi) – 250 q

Balqabaq – 300 q

Soğan – 1 ədəd

Əridilmiş yağ – 1 xörək qaşığı

Yumurta – 1 ədəd

Cəfəri – 4 şaxə

Tərxun – 5 şaxə

İstiot – zövqə uyğun

Duz – zövqə uyğun

Hazırlanması:

Əti yuyub sümükdən ayırın. Daha yaxşı və tez bişməsi üçün onu daha xırda doğrayın. Yuyulmuş və doğranmış sümükləri qazana qoyub, üzərinə soyuq su əlavə edib qaynadın.

Sümüklü bulyonu vam odda qaynadın və müntəzəm şəkildə kəfini yığın. Sümükləri 3-4 saat qaynadıb bulyonu süzün.

Əti ətçəkən maşından keçirin. Soğanı xırda doğrayıb, iki hissəyə ayırın. Bir hissəsini və çiy yumurtanı farşa əlavə edin. Farşı duzlayıb-istiotlayıb yaxşıca qarışdırın və kiçik küftələr düzəldin. Balqabağı yuyub, tumlarından və nazik qabığından təmizləyin, kiçik kublara bölün. Süzülmüş bulyonu isidib, doğranmış balqabağı əlavə edib 5-10 dəqiqə qaynadın.

Soğanın qalan hissəsini əridilmiş yağda qızardıb, şorbaya əlavə edin. Sonra xırda küftələri, tərxunu və duzu tökün. Balqabaq və xırda küftələr bişənədək şorbanı vam odda saxlayın.

Buna da baxın

Yumurta qaynatdığınız suyun inanılmaz faydaları

Whatsapp ilə Paylaş Yumurta qaynatdığınız suyun faydası: Qaynadılmış yumurtanın sağlamlığımız üçün olduqca faydalı olduğunu onsuz …