Əsas səhifə / Manşet / Xiyar diyeti ilə ac qalmadan arıqla
Bizi mobildən daha sürətli  izləyin

Xiyar diyeti ilə ac qalmadan arıqla

Üç gündə 1 bədən arıqladan xiyar diyeti

 

Xiyar pəhrizi, zülal və vitamin anbarı xüsusiyyətləriylə bilinir . Zülal ağırlıqlı olan xiyar diyetində xiyar və balqabaq bol olaraq istehlak edilməlidir.

Pəhriz 3 gün ərzində həyata keçirilir. 3 gündə  1.5 kilo verə bilərsiniz. Əgər daha uzun müddət davam etmək  istəyirsinizsə, 10 gün ara verib təkrar tətbiq edə bilərsiniz.
İlk gün :
Səhər: 
Səhər yeməyində 1 stəkan ilıq olmaq şərtiylə ballı və limonlu su , 2 kiçik dilim pendir ( yağsız ) və 2 ədəd xiyar .
Ara payda 1 stəkan suyu bol ayran ilə 2 ədəd xiyar .
Nahar:
Günorta yeməyində. 1 kasa az yağlı qatıq, 2 ədəd xiyar və
qaynadılmış balqabaq .
Ara payda 3 ədəd qoz və 3 ədəd xiyar . 2 saat qədər sonrada 1 ədəd yaşıl alma.
Şam:
Axşam yeməyində 1 boşqab zeytun yağlı qabaqla birlikdə 4 – 5 qaşıq yarma plovu .
Axşam yatmamışdan 2 saat əvvəl 2 ədəd xiyarla  günü bitirin .

2. gün:

 Səhər:
Səhər yeməyində 1 stəkan ilıq olmaq şərtiylə ballı və limonlu su, 2 kiçik dilim pendir (yağsız) ilə 2 ədəd xiyar.
Ara payda 1 ədəd alma və 1 ədəd kivi
Nahar:
Günorta yeməyində 1 boşqab az yağlı qiyməli qabaq 1 dilim çovdar çörəyi.
Ara payda 2 ədəd qoz və 1 stəkan keçi südü (az yağlı)
Şam:
Axşam yeməyində 3 ədəd yumurtanın ağından hazırlanmış az yağlı omlet, 2 ədəd xiyar və 2 ədəd  bibər.
Axşam yatmamışdan 2 saat əvvəl 2 ədəd xiyarla günü bitirin.
3. gün:
Səhər:
Səhər yeməyində 1 stəkan ilıq olmaq şərtiylə ballı və limonlu su, 2 dilim pendir (az duzlu olmasına diqqət edin) ilə 2 ədəd xiyar.
Ara payda 1 ədəd yaşıl alma.
Nahar:
Günorta yeməyində 1 kiçik qab yaşıl mərci şorbası  və 1 boşqab zeytun yağlı balqabaq.
Ara payda 1 stəkan  zəncəfilli çay, 2 ədəd qoz və 2 ədəd xiyar.
Şam:
Axşam yeməyində 1 kasa az yağlı qatıq, 3 ədəd yumurtanın ağından hazırlanmış bibərli omlet.
Axşam yatmamışdan 2 saat əvvəl 1 ovuc  ləbləbi və 2 ədəd xiyarla  günü bitirin.
Qeyd: Son yeməyinizi  yatmamışdan ən gec 2 saat əvvəl yeyin. Əgər yatmadan dərhal əvvəl yesəniz bədənin bunu həzm etməsi uzun olacağına görə kilo verməyiniz çətinləşər. Üstəlik sizə kilo olaraq geri dönə bilər. Bu pəhrizi edərkən bol miqdarda su için. Daha sürətli kilo vermək üçün isə yaşıl çay da içə bilərsiniz.

Buna da baxın

Əməliyyat olmadan, təbii şəkildə mədə kiçiltməyin yolu

Whatsapp ilə Paylaş Yay mövsümü yaxınlaşır. “Çimərlikdə ideal görünməliyəm” deyən artıq çəkili xanımlar üçün çəki …