Əsas səhifə / Manşet / Xiyarın möcüzəvi faydaları
Bizi mobildən daha sürətli  izləyin

Xiyarın möcüzəvi faydaları

Cucumbers

Xiyar gündəlik qidalarımız sırasında istifadə edilən tərəvəzlərdəndir.

Xiyarın bir çox faydası bir çoxlarına bəllidir. Maskalarda, xüsusən də qırışlara qarşı daha çox istifadə edilir. Amma xiyarın bundan əlavə də bir çox faydalı cəhətləri vardır ki, bu sizləri təəccübləndirəcək.

Xiyarın möcüzəvi faydalarını Qadınklubu.com sizlərə təqdim edir:

1- Xiyarın tərkibinə gündəlik ehtiyacınız olan bir çox vitaminlər daxildir. Tək bir dənəsində Vitamin B1, Vitamin B2, Vitamin B3, Vitamin B5, Vitamin B6, fol turşusu, Vitamin C, Kalsium, dəmir, maqnezium, fosfor, kalium və sink kimi minerallar toplanmışdır.

2- Günortadan sonra yorğunluq hiss etdiniz? Qəhvəni, çayı, soyuq içkiləri bir tərəf buraxın və bir xiyar yeyin. Xiyar yaxşı bir B vitamin və karbohidrat qaynağıdır və yediyinizdə yorğunluğunuzu qısa bir müddətdə ortadan qaldırar.

3- Hamam və ya duşdan sonra aynanızın buxarlanmasından şikayətçisiniz? Bir xiyar dilimini götürüb aynanı sürtün. Həm buxarlanma yox olacaq, həm də parıldayan bir aynaya və nəfis bir qoxuya sahib olacaqsınız.

4- Həşəratlar bağçanızı və ya dibçəkdəki çiçəklərinizi məhv edir? Bağ üçün bir aluminium qaba (ya da aluminyum folyoya) xiyar dilimlərini qoyub, ortada bir yerə yerləşdirin. Dibçəklərinizdə isə bir neçə hissəsi torpağın üzərinə yenə aluminium qab və ya folqa ilə yerləşdirin. Bütün mövsüm həşəratlardan xilas olacaqsınız. Xiyardakı kimyəvi maddələr aluminium ilə reaksiyaya girərək, insanların hiss edə bilmədiyi, amma həşaratları dəli edən bir qoxu yayır və onların yox olmasına səbəb olur.

5- Selülitlərdən xilas olmaq üçün, problemli bölgələrinizi bir neçə dəqiqə xiyar dilimləriylə ovun. Xiyarın tərkibindəki maddələr dərinizdəki xarici təbəqəni möhkəmləşdirərək selülitlərin görünüşünü azaldır. Eyni şəkildə qırışlara da yaxşı təsir göstərir. Xüsusilə də göz ətrafındakı qırışlara.

6- Baş ağrısından xilas olmaq istəyirsiniz? Yatağa girmədən əvvəl bir neçə dilim xiyar yeyin və ertəsi gün baş ağrısız oyanın. Xiyar, bədənin itirmiş olduğu lazımlı qidaları əvəz edə bilən kafi miqdarda şəkər, B vitaminləri kimi orqanizmə faydalı minerallarla zəngindir.

7- Xüsusilə pəhriz edənlər, aclıq hissini aradan qaldırmaq istəyirsiniz? Xiyar yeyin.

8- Evinizdə ayaqqabı boyası qalmadı? Təzə kəsilmiş bir xiyar ilə ayaqqabınızı sürtün. Tərkibindəki kimyəvi maddələr ayaqqabınıza həm parlaqlıq verir, həm də dərini su keçirməz hala gətirir.

9- Özünüzü gərgin, yorğun hiss edirsiniz? Bir qab qaynar suyun içinə bir bütün xiyarı incə dilimlər halında kəsərək qoyun. Qabı olduğunuz otaqda uyğun bir yerə qoyun. Xiyardakı kimyəvi maddələr qaynar su ilə reaksiya girərək, suyun buxarı ilə birlikdə olduğunuz otağa yayılaraq nəfis bir ətiryatarlar. Bu ətir sizin bütün gərginliyinizi alaraq sakitləşməyinizi təmin edəcək. Xüsusilə şagirdlər bunu sınaqdan keçirməlidir.

10- Yemək yediniz və ağzınızdan pis qoxu gəlir? Bir xiyar dilimini götürüb dilinizlə damağınıza yerləşdirin və ən az 30 saniyə elə tutun. Ağızınızda pis qoxulara səbəb olan bakteriyaların fitokimyasallar sayəsində ölməsi səbəbi ilə bu problemdən xilas olmuş olacaqsınız. (Soğan-sarımsaq qoxusu aid deyil)

11- Evinizi ətraf mühitə zərər verməyəcək bir şəkildə təmizləmək istəyirsiniz? Bir dilim xiyarı götürüb təmizləmək istədiyiniz yeri ovun. Xiyar yalnız ləkələri, çirkləri təmizləməklə qalmaz, ayrıca gözəl bir parlaqlıq verir. Bunun yanında əlləriniz də o kimyəvi maddələrin verdiyi zərərlərdən qorunmuş olur.

11- Qələmlə yazarkən bir səhv etdiniz və səhvi silmək istəyirsiniz? Xiyar qabığını götürüb yavaş və yumşaq silmək istədiyiniz yazıya sürtün. Boya qələmlərini və keçə qələm yazılarında da olduqca faydalıdır.

Buna da baxın

Günvurmanın əlamətləri

Whatsapp ilə PaylaşYay aylarında isti havada günvurma və istivurma halları artır. Günvurma çox ciddi pozulma …