Əsas səhifə / Manşet / Xoruldamağın səbəbləri
Bizi mobildən daha sürətli  izləyin

Xoruldamağın səbəbləri

xoruldamaqin sebeleriQulaq Burun Boğaz Mütəxəssisi Türkiyəli həkim  Mətin Erdinç, insanların yarısından çoxunun bəzən, dörddə birinin isə davamlı olaraq xoruldadığına  diqqət çəkərək müalicə edilməsi lazım olan bir xəstəlik olduğunu qeyd etmişdir.  Xoruldamaq çarəsi olmayan və ya da əhəmiyyətsiz bir problem deyildir. Xoruldamaq bəzi problemlərin xəbərçisi ola bilər. Odur ki, həkimə müraciət edərək xoruldamağın səbəbini araşdırdıqdan sonra problemin həlli istiqamətində müalicə etmək lazımdır.

Xoruldamağın  səbəbləri

Genetik: Kişilər qadınlara  nisbətən daha dar bir boğaza sahibdir və bu səbəblə xoruldamaqa daha uyğundurlar. Dar bir boğaz və  ümumiyyətlə irsi-ailədən gələn fiziki xüsusiyyətlər xoruldamağa meyli artırır.

Genik və sinus problemləri: Tikal nəfəs borusu xoruldamağa səbəb olacaq şəkildə nəfəs almaqda çətinlik və boğazda hava boşluğu yaradır.

Həddindən artıq kilolu ya da şəkilsiz bir bədən quruluşu: Qabarıq toxumalar və zəif əzələ tonusu xoruldamağı artırır.

Spirt, siqaret və dərman müalicəsi: Spirt qəbul etmək , siqaret və müəyyən dərman müalicələri xoruldamağa səbəb olan əzələlərin genişlənməsini  artırır.

Yuxu mövqeyi: Arxa üstə yatmaq boğazdakı toxumaların genişlənməsinə nəfəs borunuzun bağlanmasına və bu səbəbdən xoruldamaqa səbəb olur.

Buna da baxın

Uşaqlarınızı xərçəngdən qoruyun. Necə?

Whatsapp ilə Paylaş Xərçəng xəstəliyi bütün dünyanın qorxulu yuxusudur. Prof. Dr. Erkan Topuz’un verdiyi  məlumata görə, …