Əsas səhifə / Manşet / Xoruldamaq probleminizi təbii üsulla yox edin
Bizi mobildən daha sürətli  izləyin

Xoruldamaq probleminizi təbii üsulla yox edin

xoruldamaqin sebeleri
Xoruldama dayandırmaq üçün tənəffüs yollarındakı tıxanıqlığı açmaq əhəmiyyətlidir. Seçimlər arasında evkalipt yağını içə çəkmək və ya burundan nəfəs almağı aktivə edən duz məhlulu hazırlamaq vardır. Xoruldamağa  bir çox səbəb vardır: spirt,  soyuqdəymə və ya sinus infeksiyaları, narahat  yuxu mövqeləri, burun tıxaıqlığı  və.s. Qadinklubu.com  bu problemdən xilas olmağın təbii üsullarını təqdim edir.

Soğan, adaçayı və buxar duşu

Soğan, adaçayı və buxar duşu xoruldamağı dayandıra  və  sizə gündəlik fəaliyyətiniz  üçün kafi enerjini verəcək dinc bir yuxu təmin edə bilər.

Soğandan faydalanmaq üçün böyük dilimlərə bölün  və 15 dəqiqə qaynadın. Bu mayeyə bir az qəhvəyi şəkər əlavə edin və çay kimi için. Bunu yatmamışdan 2 saat əvvəl etmənizdə fayda var.

Digər tərəfdən adaçayı yarpaqlarını bir az suda qaynadaraq yatmamışdan əvvəl içə bilərsiniz.

Xoruldamaqdan  xilas olmaq üçün yaxşı nəfəs almaq çox əhəmiyyətlidir. Nəfəs  yollarını açmaq üçün buxar duşlarından faydalana bilərsiniz. Bu duş üçün, içinə evkalipt yağı qoyduğunuz qaynayan suyu istifadə edə bilərsiniz. İsti suyu ilədolu qaba başınızı əyin və başınızı bir dəsmalla örtərək buxarla  nəfəs alın.

Təbii meyvə suları

Tərkibi:

  • 2 alma
  • 2 kök
  • ¼ limon
  •  bir az zəncəfil

Hazırlaması çox asandır; bütün ərzaqları bir az su ilə blenderdən  keçirin və gündə bir neçə dəfə için.

Xoruldamaq bunlara səbəb ola bilər:

  • Ağız quruluğu
  • Yuxu nizamında problemlər
  • Yorğunluq
  • Baş ağrıları və əsəb

 

Buna da baxın

Günvurmanın əlamətləri

Whatsapp ilə PaylaşYay aylarında isti havada günvurma və istivurma halları artır. Günvurma çox ciddi pozulma …