Əsas səhifə / Əsas menu / Qadın psixologiyası / Xoşbəxt gəlin olmaq üçün 8 qayda
Bizi mobildən daha sürətli  izləyin

Xoşbəxt gəlin olmaq üçün 8 qayda

gg

Xoşbəxt gəlin olmaq üçün 8 qayda

Toy hazırlıqları müddətinə ən yaxşı hazırlaşmaq və toy gününüzdə, özünüzü yaxşı hiss etdirəcək ən əhəmiyyətli detallar…

1. Təbii olun
Üzünüzə yalnız nəmləndiri çəkin. Bahalı gəlinliyinizin üstündə pomada ya da tonal krem ləkəsi buraxmaq istəməzsiniz.

2. Bir cüt dikdaban ayaqqabı saxlayın
Alver üçün rahat ayaqqabılara ehtiyacınız olacaq, amma gəlinliyinizlə sınamaq üçün bir cüt dikdaban ayaqqabını da götürün. Beləcə toy günündə necə görünəcəyinizi gəlinliyi geyindikdə görə bilərsiniz.

Xoşbəxt gəlin olmaq üçün 8 qayda

3. Yoldaşlarınızla məsləhətləşin
Öz başınıza qərar verməyiniz bəzən çətin ola bilər. Onda yanınızdakı yoldaşlarınıza ehtiyacınız olacaq. Onlardan dürüst olmalarını və sınadığınız hər paltar üçün müsbət ya da məfi bir fikir deməklərini istəyin.

4. Bir dəftər tutun
Alver əsnasında sınadığınız saysız gəlinliyi, mağaza adlarını, bəyəndiyiniz modeli sonradan unutmamaq üçün mütləq bir dəftərə qeyd edin.

Xoşbəxt gəlin olmaq üçün 8 qayda

5. Rəqs!
Mağazada gəlin paltarı sınadıqdan sonra içində rahat olub-olmadığınıza nəzarət edin. Seçdiyiniz gəlin paltarı toyunuzda rəqs etməyinizə mane olacaq qədər dar olmamalıdır. Toy sizin toyunuzdur! Siz də hər kəs kimi rəqs edə bilməlisiniz.

6. İşıqlandırmalara nəzarət edin
Mağazadakı işıqlarla gəlinliyiniz çox fərqli görünə bilər. Günəş işığına çıxanda gəlinliyinizin eyni şəkildə gözəl və dümağ görünməsinə diqqət yetirin. İşıqların oyununa gəlməyin.

Xoşbəxt gəlin olmaq üçün 8 qayda

7. Fotoşəkillər
Toy günləri minlərlə fotoşəkilinizin çəkiləcəyi günlərdir. Buna görə fotoşəkillərdə necə görünəcəyinizi də xəyal etməyə çalışın və gəlin paltarı seçimizi buna görə edin.

8. Vücudunuzu qəbul edin
Çox bəyəndiyiniz bir gəlinliyin içinə girə bilmək üçün bir neçə gündəlik diyetlərə müraciət etməyin. Sizə uyğun olan bir gəlinliyi seçin, ancaq yenə də stress kimi səbəblərdən ötəri də 1-2 çəki itirsəniz də, toy günü gəlinliyinizə ediləcək kiçik nizamlamalarla gününüzü qurtarmaq mümkündür!