Əsas səhifə / Əsas menu / Evlilik / Xoşlanmaqla aşiq olmaq arasındakı 20 fərq …
Bizi mobildən daha sürətli  izləyin

Xoşlanmaqla aşiq olmaq arasındakı 20 fərq …

 

xoslanmaqla asiq olmaq arainda 20 ferq

  1. xoşlanmaq bir anda reallaşar; eşq isə çox daha yavaş bir müddətdir.

  2. xoşlanmaq daim fiziki arzuya işarə edər; eşq isə çox daha dərin bir duyğuya…

  3. xoşlanmaq gərginləşməyə bəzən isə düşüncəsiz davranışlara səbəb olar; eşq isə sakitləşdirir …

  4. xoşlanmaq qısa müddətli bir duyğudur; eşq isə uzun müddətlidir …

  5. xoşlanmaq insanın öz istəklərini düşünməsi; eşq isə özündən çox qarşısındakını düşünməsidir …

  6. xoşlanmaq  qısqanclıq doğurur; eşq isə anlayış və etibarı …

  7. xoşlanmaq eqoistlik; eşq isə paylaşıma söykənən və enerji vericidir …

  8. xoşlanmaq, ən kiçik şeyləri belə böyütməyimizə  səbəb olur; eşq isə bu kiçik şeyləri əhəmiyyətli hesab etməz …

  9. xoşlanmaq, biriylə birlikdə olmaq düşüncəsinin çox gözəl olmasıdır; eşq isə həqiqətən o insanla birlikdə olmaqdır …

  10. xoşlanmaq, paylaşmağı bilməz; eşqdə isə sənin-mənim yoxdur …

  11. xoşlanmaqda kin tutmaq, qisas almaq kimi anlayışlar vardır; eşqdə isə yalnız bağışlamaq vardır …

  12. xoşlanmaqda, beynimizdə daima suallar yaranar; eşq isə hər problemin cavabıdır …

  13. xoşlanmaq oyunla, təqlidlə olar; eşq isə səmimiyyətlə …

  14. xoşlanmaq, bir xəyal aləmində yaşamaqdır; eşq isə həqiqətin özüdür …

  15. xoşlanmaq gözləmələrlə doludur; eşq isə hal-hazırda  sahib olduğumuzla …

  16. xoşlanmaq daim qazanmaq və ya itirməklə əlaqədardır; eşq isə bir olmaqla …

  17. xoşlanmaq, insanı aqressiv bir insana çevirər; eşq isə sakit və dinc …

  18. xoşlanmaq, özümüzə aid bir həyatımızın olduğunu belə unutdurar; eşq iki həyatın inteqrasiya olunmasını təmin edər…

  19. xoşlanmaq, əsla tək adamla kifayətlənməz; eşqdə isə  iki adam sözü belə yoxdur …

  20. xoşlanmaqda, araşdırılarsa  məntiqli bir səbəbi ola bilər; amma eşq səbəbsiz və tərifsizdir.

Buna da baxın

Kişiləri qadınlardan uzaqlaşdıran səbəblər

Whatsapp ilə Paylaş Qadınlar kişilərin gözündə gözəl və cazibədar görünmək üçün daima axtarışdadırlar. Amma bəzi …