Əsas səhifə / Əsas menu / Gözəllik / Yağlı cildə sahibsinizsə, bunlara diqqət edin
Bizi mobildən daha sürətli  izləyin

Yağlı cildə sahibsinizsə, bunlara diqqət edin

yağlı dəriyə sahibsinizsə, bunlara diqqət edinƏgər yağlı dəriyə sahibsinizsə, bunun qarşısını almaq üçün bir sıra incə məqamlara diqqət etməlisiniz. İstər maska, krem, istərsə də qidalanmanızda da diqqət etməli olduğunuz bəzi məqamlar vardır. Qadinklubu.com yağlı dərilərə qulluğun bir sıra önəmli meyarlarını araşdırdı.

Qidalanmaya diqqət!

Həddindən artıq yağlı, şirin, ciyər, yağ ifrazatını artıracaq qidaları minimuma endirin.

Alma sirkəsi

Tonik yerinə alma sirkəsini istifadə edin. Dəri ph tnisbətini tarazlayan, antibakterial və bir sızanaq düşmənidir. Bir şüşə qaba sirkə və təmiz su qarışığını doldurun. Səhər axşam tonik olaraq bir parça pambıqla üzünüzü silərək istifadə edin. Dərini qurutmadan üzünüz dəki yağ nisbətini nizamlayacaq. Sızanaqları azaldacaq və ləkələrinizə də faydalı olacaqdır. Tək problem qoxusunun hər kəsə uyğun olmamasıdır. Hazırladığınız tonikə  lavanta yağı və ya toxumları əlavə edərək  qoxusunu gözəlləşdirə bilərsiniz.

Sodanı mütləq sınayın

Soda, yağsız qatıq və limon suyu ilə hazırladığınız maskanı həftədə 2 dəfə istifadə edə bilərsiniz. Dərinizin yağ nisbətini  tarazlığa qovuşduracaq, mat və sağlam bir dəriyə sahib olmağınıza  kömək olacaq. Eyni zamanda  peeling effekti verir.

Parladıcılardan çox istifadə etməyin

Son illərin favorit makiyaj vəsaiti parlatıcılardan  mümkünsə uzaq olun ya da çox az istifadə edin.  Çünki dəriniz yağlı olduğuna görə üzünüzün həddən artıq parlaq görünüş qazanacaqdır.

A vitaminini əskik etməyin

Yağlı cildlər üçün praktik həllər arasında A vitamini istifadəsi da vardır. Çünki A vitamini yağ  ifrazını  azaldır.

Diş məcunu və duz

Bir miqdar diş pastasının içinə duz qarışdırın. Bu qarışımı  burun üstü və kənarları, çənə, alın kimi yağlı nahiyyələrə və qara nöqtələrin çox olduğu yerlərə masaj hərəkətləri ilə çəkin. Bir az gözlədib, kağız dəsmalla təmizləyin. Sonra soyuq suyla durulayın. İstəsəniz bütün üzünüzə də tətbiq edə bilərsiniz, amma quruducu təsirini unutmayın. Dəriniz qara nöqtələrdən xilas olacaq, yağsız, mat və təmizlənmiş bir dəriyə sahib olacaqsınız.