Əsas səhifə / Əsas menu / Gözəllik / Yağlı dəriyə qulluq
Bizi mobildən daha sürətli  izləyin

Yağlı dəriyə qulluq

sa

  1. Yağlı dərini gündə 2 dəfə qliserinli sabunla və ilıq su ilə yuyun.

  2. Xırda civzəli dərini qatıqla silmək və ya qatıq maskası qoymaq:

Tənzifi bir neçə qat qatlayıb ağız və gözlər üçün deşik açılır. Tənzif turşumuş südə, ayrana və ya qatıq sarfasına batırılıb 15-20 dəqiqə üzə qoyulur. Sonra tənzif yenidən isladılır və ikincə dəfə yenə üzə qoyulur. Tənzif üzdən götürüldükdən sonra üzü ilıq su ilə yaxalamaq lazımdır. Bu proseduru 3-4 gündən bir, 2 ay ərzində təkrar etmək olar.

  1. Yuyulandan sonra dartılan yağlı dərilər üçün çobanyastığı dəmləməsi faydalıdır (1 st suya 1 ç.q. ot).

  2. Xırda civzəli dərini vələmir dəmləməsi ilə də silmək olar: 1 st su + 2 x.q. vələmir + 1 ç.q. duz). Sonra üzü turş su ulə, turş alma qabıqları və ya limon qabıqları əlavə edilmiş su ilə yumaq lazımdır.

  3. Yağlı dərili xanımlar maya maskasından da istifadə edə bilərlər: 1 ç.q. maya + 1 x.q. təzə ilıq süd. Maska 15-20 dəq. saxlanıldıqdan sonra üzü ilıq su ilə yumaq lazımdır.

Buna da baxın

Dəmdə qalan çayı atmayın – Faydası çoxdur

Whatsapp ilə Paylaş Dəmdə qalan çayın faydaları saymaqla bitmir. Bir çoxumuzun bildiyi kimi dəmdə qalan …