Əsas səhifə / Əsas menu / Gözəllik / Yağlı saçlara son
Bizi mobildən daha sürətli  izləyin

Yağlı saçlara son

yağlısaçlara son
1. Saçlarınıza toxunmayın

Yağlı saçlar sizə “mənə toxunma” deyir. Bu doğrudur, saçlarınıza toxunmayın. Əllərinizi rahatca saçlarınızın arasına apararaq, geri itələməyin və saçlarınızla oynamayın. Çünki saçlarınıza hər toxunuşda yağ toxuması hərəkətə keçir.

2. Aloe Vera

Bərabər miqdarda (bir xörək qaşığı) aloe vera və yüngül bitki şampununu qarışdırın. Dairəvi hərəkətlərlə baş dərinizi bu qarışıqla masaj edin. Dırnaqlarınızı saç dərisinə sürtməyin.

Beləliklə, həm zərərli toksinlərdən uzaq olun, həm də kirlərdən xilas olun. Bunu həftədə 3 dəfə, yaxud hər gün edin, gözəl nəticə əldə edəcəksiniz.

3. Nəmləndirin

Amla və Shikakaidən (hind bitkisi)  istifadə etsəniz, pH səviyyəsini (suyun qida dəyərinin göstəricisidir) tarazlayaraq, saçınızı yumşaldacaqsız.

4. Zülal

Saçlarınızın yağ tarazlığını təmin etmək üçün yeməyinizə diqqət etməyiniz lazımdır. Hormonlar saçlarınızın yağlı və quru olmasında böyük əhəmiyyət daşıyır.  Yağlı və şəkərli yeməklər hormonlara təsir edərək, yağ toxumalarını hərəkətə gətirir. Əldə edilən nəticələrə görə, tərkibi zülaldan ibarət olan qidalar yağ toxumalarının aktiv çalışmasının qarşını alır.

5. Limon suyu

Limon suyu toksinləri təmizləyərək, saçların yağ nisbətini təmin edir. Yaşıl limon pH səviyyəsini tarazlaşdırır. Dərinin yaxşılaşmasına kömək edir. Limon suyunu su ilə  qarışdırın və şampundan sonra saçınızı yaxalayın. Saçlarınızdakı yağlılıq bir müddət sonra yox olacaq.

6. Stressdən qaçın

Stressin saç və dəri üzərində təsiri çox böyükdür. Stress vəziyyətində olarkən, hormonların fəaliyyəti də dəyişir. Yağlılıq sürətlə artır. Yürüş, rəqs, musiqi dinləmək, sağlam yeməklərdən sonra saçlarınız daha az yağlanacaq.

mənbə/axşam/az

Buna da baxın

Hamiləlikdə saç boyanması…

Whatsapp ilə Paylaş Hamiləlik zamanı qadınların bir çoxunda “Saçlarımı rəngləyə bilərəm?” kimi suallar yaranır. Mütəxəsislər …