Əsas səhifə / Əsas menu / Gözəllik / Yağlı saçları təmiz göstərən praktik üsullar
Bizi mobildən daha sürətli  izləyin

Yağlı saçları təmiz göstərən praktik üsullar

 

Yağlı saçları təmiz göstərən praktik üsullar

Əgər saçlarınız yağlıdır və yumağa vaxtınız yoxdursa, dərd etməyin.  Qadinklubu.com sizlərə belə arzuolunmaz vəziyyətlərdən çıxış yolunun bir sıra praktik üsullarını təqdim edir. Bunlardan hər hansısa uyğun olan bir variantını tətbiq edərək yağlı saçlarınıza xoş görüntü qazandıra bilərsiniz.

Uşaq pudrası

Səhər saç dibinizə bir qədər uşaq pudrası səpsəniz, saç diblərindəki artıq yağları əmərək, saçlarınıza quru və təmiz görüntü qazandıracaqdır.

Hindistan qozu yağı

Hindistan yağı vasitəsilə saçlarınızı arxaya darasanız, saçlarınız yağlı deyil parlaq görünəcəkdir.

Qarğıdalı unu

Quru şampun əvəzinə saç diblərinə bir makiyaj fırçasıyla qarğıdalı unu çəkib darayın.

Saç qurudan

Saç qurudanı orta temperatura təyin edib saçlarınızı darayaraq fenləyib canlılıq qazandırın.

Saç spreyi

Saçlarınız yağlıdırsa saç spreyini saç diblərinə vurub darayın.

Limon suyu

Yağlı görünən hissəyə limon suyu ilə masaj edin.

Saç modeli seçin

Yağlı saçları gizlətmək üçün saçlarınızı dağınıq halda sprey vasitəsilə toplasanız yağlılıq hiss olunmayacaqdır.

Dəniz duzu

Dəniz duzu ilə suyu sprey qutusunda qarışdırdıqdan sonra saçınıza vurub qurudun.

Ön nahiyyədəki saçları  yuyun

Saçın sadəcə ön qismini yuyun. Az bir hissə olduğundan qurudulması çox vaxt almayacaqdır. Eyni zamanda təmiz ön saçlarınızı arxa saçlarınızı örtərək daha təmiz görüntü  yaradacaqdır.

Buna da baxın

Dəri ağardıcı maska

Whatsapp ilə Paylaş Tərkibi: 2 x/qaşığı yulaf 1 limon Hazırlanması və tətbiqi: Yulafı bir qədər …