Əsas səhifə / Əsas menu / Gözəllik / Yağlı saçlarla baş etməyin yolları
Bizi mobildən daha sürətli  izləyin

Yağlı saçlarla baş etməyin yolları

yggg

Saçınız hər gün yağlanır və gün ərzində belə yumaq ehtiyacı yaradırsa, Qadinklubu.com-un təqdim etdiyi məsləhətlərdən yararlana bilərsiniz.

İstər quru, istərsə də yağlı saçlar, baş dərisinin doğru pH tarazlığına malik olmaması səbəbindən ortaya çıxır. Sağlam saçlara sahib olmaq üçün, gərək əvvəlcə saç dəriniz sağlam olsun. Sağlam saç dərisi isə, nə çox quru, nə də çox yağlı olmalıdır. Xüsusilə yağlı saçlar bir çoxlarını narahat edir. Çünki səhər yuyulan saçlar günortadan sonra artıq parlamağa başlayır və yağlı bir görüntü verir. Belə insanlar hər gün saçlarını yuyurlar və mütəmadi olaraq saçlarının yağlı görünüb-görünmədiyini düşünürlər.

Yağlı saçlara yaxşı təsir göstərəcək amillər

 

Saçlarınıza toxunmayın

Əllərinizi saçlarınızın içinə salaraq arxaya doğru çəkməyin və əsla saçlarınızla oynamayın. Çünki saçlarınıza hər toxunduqda, yağ vəzilərini işə salırsınız.

 

Aloe yağı

Bərabər ölçüdə aloe yağı və yüngül bir bitki tərkibli şampunu qarışdırın. Dairəvi hərəkətlərlə baş dərinizi bu qarışımla masaj edin. Dırnaqlarınız saç dərisinə dəyməsin. Beləliklə saçınızı kirlərdən təmizləyəcəksiniz. Həftədə 3 dəfə təkrarlayın. Gözəl nəticələr əldə edəcəksiniz.

Protein

Qidalanmanıza diqqət etməlisiniz. Hormonların, saçların yağlı və ya quru olmasında çox böyük təsiri var. Yağlı və şəkərli qidalar hormonlarınıza təsir edərək, birbaşa yağ vəzilərinin işə keçməsinə səbəb olur. Araşdırmalara görə, proteinlə zəngin qidalar, hormonlarınızın doğru işləməsinə gətirib çıxaracaq. Bu zaman yağ vəziləriniz bir o qədər aktiv olmayacaq.

Limon suyu

Limon suyu toksinləri təmizləyərək saçlarda yağ tarazlığını qoruyar. Limon saç dərisində pH səviyyəsini müəyyənləşdirir, saç dərisinin sağalmasına kömək edir, qan dövranını yaxşılaşdırır. Bir qədər su ilə limon suyunu qarışdırın. Saçınızı şampunla yuduqdan sonra, limonlu su ilə saçlarınızı durulayın. Saçlarınızın yağlılığı bir müddət sonra aradan qalxacaq.

Stresdən uzaq durun

Stresin saç və dəri üzərində təsiri çox böyükdür. Çünki stress şəraitində hormonların fəaliyyəti də dəyişir. Yağ vəziləri həddən artıq aktiv işləməyə başlayır. İdman, rəqs, musiqi dinləmək, sağlam qidalanma ilə, saçlarınız daha az yağlanacaq.

 

 

 

Buna da baxın

Hər gün saç yumağın zərərləri

Whatsapp ilə Paylaş Hər gün saçlarınızı  yumaq saçınızın struktur xüsusiyyətini pozaraq mat və qeyri-sağlam görünməsinə …