Əsas səhifə / Əsas menu / Gözəllik / Yanaqlarımızı necə arıqladaq?
Bizi mobildən daha sürətli  izləyin

Yanaqlarımızı necə arıqladaq?

Böyük yanaqlarınız hər güzgüyə baxanda diqqətinizi çəkir və nə qədər arıqlasanız da onlar yerində qalır.. Əgər siz də belə mənzərə ilə qarşı-qarşıyasınızsa, qidalanmanızda edəcəyiniz bir neçə dəyişiklik və bir neçə  düzgün hərəkətlərlə yanaqlarınızı arıqlada bilərsiniz. Qadinklubu.com-un təqdim etdiyi bu addımları izləyin:

beautiful woman drinking water on a white background

Çoxlu su için

Əgər gündəlik kifayət qədər su içmirsinizsə, orqanizm bədəndə olan suyu da ehtiyat olaraq saxlayır. Ehtiyat suyun saxlandığı yerlərdən biri də üzünüzü şiş göstərəcək yanaqlar və gözlər ola bilər. Gün ərzində ən az 2 litr su içməklə yanaqlarınızdakı şişkinlikdən qurtula bilərsiniz.

seker

Duz və şəkərdən uzaq durun

Əgər həddindən artıq duzlu və şəkərli yeməklərlə qidalanırsınızsa, orqanizm bədəndə olan suyu ehtiyyat olaraq tutub saxlayar. Bu da suyun üzdə toplanmasına səbəb olur. Əgər düz və şəkərdən tamamilə imtina edə bilmirsinizsə, ən azından miqdarını azaldın. Fast-foodlardan, hazır qidalardan uzaq durun.

Qurudulmuş və ya duzlu ət yerinə, yağsız ət yeyin. Həddindən artıq şəkər istəyirsinizsə, tortlar, pirojnalar əvəzinə təbii şəkərlə zəngin meyvələr yeyin.

soirt

Spirtli içkilər qəbul etməyin

Əgər spirtli içkilərdən imtina etsəniz, bədəninizin enerjisi artacaq, xroniki ağrılarınız azalacaq. Eyni zamanda yanaqlarınızın da kiçildiyini görəcəksiniz. Spirtli içkilərin qəbulu zamanı bədəndə su azalır. Bu zaman isə orqanizm yenə də mövcud suyu ehtiyyat olaraq saxlamağa başlayır. Onun yerinə meyvəli kokteyllər, smuzilər və ya bitki çayları içə bilərsiniz.

meyy

 

Daha çox meyvə-tərəvəz qəbul edin

Sadəcə sağlamlıq üçün deyil, yanaqlarınızın kiçilməsi üçün də meyvə-tərəvəz qəbulunu çoxaltmalısınız. Meyvə və tərəvəzlər bədəni su ilə təmin etdiyinə görə, orqanizm artıq suyu yanaqlarda ehtiyat olaraq saxlamayacaq.

lakkk

Kalsiumlu qidalar qəbul edin

Pendir və qatıq kimi kalsiumla zəngin olan qidalar sizə arıqlamaqda kömək edər. Bu qidaların bir başqa özəlliyi də, suyun ehtiyat olaraq saxlanmasının qarşısını almaqdır. Makaron, pizza kimi yüksək karbohidratlı qidalar yerinə, bol kalsiumlu məhsullarla qidalanın.

saqq

Saqqız çeynəyin

Saqqız çeynəmək həm nəfəsinizi təmizləyər, həm stress atmağınıza kömək edər. Bunlarla bərabər yanaqlarınızı hərəkət etdirərərək arıqlamasını təmin edər. Bunun ən yaxşı tərəfi də, saqqız çeynəyərkən, hər hansı bir idman hərəkəti edirmiş kimi yorulmamanızdır. Hər yeməkdən sonra saqqız çiynəyin.

x

X-O deyin

15 dəfə dayanmadan X-O  (iks-o)  deyin. Sonra nəfəs alıb 3 dəfə yenə təkrarlayın. Bunu eləyəndə, yanaqlarınız iki fərqli istiqamətdə hərəkət edəcək. Beləliklə yanaqlarınızdakı yağlar daha sürətlə əriyəcək.

ac

Çənənizi açın

Ağzınızı dairəvi şəkildə açıb-bağlayın. Şəkildə gördüyünüz formada bir neçə saniyə açıq saxlayın. Sonra çənəzini sərbəst buraxın. Bu hərəkəti 9 dəfə təkrarlayın. Bu hərəkəti gündə 3 dəfə təkrarlamaq yanaqlarınızı kiçildəcək.

yan

Yanaqları qaldırın

Gülmə hərəkətinə bənzəyən formada yanaqlarınızı mümkün qədər qaldırıb, gözlərinizə yaxınlaşdırın. Özünüzü zorla gülümsəyirmiş kimi düşünün və yanaqlarınızı daha da qaldırın. 10 saniyə yanaqlarınızı yuxarda tutun və bu hərəkəti istədiyiniz vaxt təkrarlayın.

 

baliq

Dodaqlarınızı balıq formasına tutun

Dodaqlarınızı birləşdirin və balıq kimi görünənə kimi içəri çəkin. Bu  formada bir də gülümsəməyə çalışın. 10 saniyə belə durun. Hərəkəti gün ərzində 10 dəfə təkrarlayın.

balon

Yanaqlarınızı şişirdin

Dodaqlarınız bağlayıb yanaqlarınızı şişirdin. Sonra havanı bir yanağınızdan digərinə keçirin. Bu hərəkəti 10 dəfə dayanmadan təkrarlayın. Gündə 3 dəfə edin.

 

buz

Dodaqlarınızı büzün

Bu hərəkət üçün dodaqlarınızı büzün və yanaqlarınızı içəri çəkin. Bir neçə saniyə belə qalın və sonra yanaqlarınızı sərbəst buraxın. Bu hərəkəti də dayanamadan 10 dəfə, gündə 3 dəfə təkrarlamaqla edin.

gulllll

Gülümsəyin

Gülümsəmək eyni zamanda üz əzələrini hərəkət etdirir. Hər biri 10 saniyə olmaqla, gündə 10 dəfə gülümsəyin. Ya da gün ərzində daha çox gülümsəməyə çalışın. Bunun sayəsində həm yanaqlarınız arıqlayar, həm də daha pozitiv olarsınız.

gulllll

İdman hərəkətlərindən sonra üzünüzü masaj edin

Bütün bu hərəkətləri elədikdən sonra yanaqlarınızı və çənənizi, barmaqlarınızla  dairəvi hərəkətlərlə masaj edin. Beləliklə, üzünüzdəki gərginlik gedəcək və ağrılar azalacaq.