Əsas səhifə / Manşet / Yanıqlar – Ehtiyatlı olun!
Bizi mobildən daha sürətli  izləyin

Yanıqlar – Ehtiyatlı olun!

k

Yanıqlar – toxumalar yüksək temperaturun (istilik), kimyəvi maddələrin və ya elektrik cərəyanın təsirinə məruz qaldıqda yarana bilər.

Məişət şəraitində ən çox aşağıdakı yanıqlara rast gəlinir: termiki yanıqlar, kimyəvi yanıqlar və elektrik yanıqları.

Termiki yanıqlar yanığın ən çox yayılmış formasıdır. Termiki yanıqlar isti mayelərdən, qaynar sudan, isti xörəkdən, alovdan, qızdırılmış dəmir parçasından, buxardan, günəş şüalarından və s. baş verə bilər.

Zədələnmənin dərinliyinə görə termiki yanığın 4 dərəcəsi müəyyən olunmuşdur:

1-ci dərəcəli

Bu, yanığın ən yüngül dərəcəsidir. Dəri səthində qızartı, şiş, ağrı, bəzən dərinin üst qatında iltihabi proseslərin inkişafı müşahidə olunur. İltihab əlamətləri 3-6 günə keçib gedir. Yanıq nahiyyəsində ləkə əmələ gəlir, sonra isə qabıq verir və sağalma gedir.

Yanığın ən yüngül formasında yanıq səthi yarı su, yarı spirtə batırılmış hamarlanmış pambıqla yüngülcə silinir. Bu həm infeksiyanın, həm də suluqlaşmanın qarşısını alar.

2-ci dərəcəli

Bu zaman suluqlar əmələ gəlir, iltihab reaksiyası özünü daha kəskin göstərir. Şiddətli ağrı, dəri səthinin intensiv qızarması, epidermis qatının soyulması ilə müşahidə olunur. Dəridə şəffaf və ya bir az bulanıq maye ilə dolmuş suluqlar əmələ gəlir. İkinci dərəcəli yanıqda dəri səthinə infeksiya qoşulmursa, bir həftədən sonra dəri səthlərinin bütün təbəqələri bərpa olunur və iz qalmır. Tam sağalma 10-15 gündən sonra baş verir. Suluqlara infeksiya düşdükdə, bərpaedici proseslər pozulur və sağalma uzanır.

3-cü dərəcəli yanıq

Qan laxtalanır və qalın qartmaq əmələ gətirir. Qartmaq altında zədələnmiş və ölmüş toxumalar yerləşir. 3-cü dərəcəli yanıq zamanı iz qalır.

2-ci və 3-cü dərəcəli yanıqlara əl vurmaq olmaz. İlkin yardım yalnız uzun müddət soyuq suda ( soyuq su altında deyil!) saxlamaqdır. Əgər yanıq sathi təsirə məruz qalsa, həmin nahiyədə kobud çapıq əmələ gələcəkdir. Soyuq su dərinin soyumasına, ağrının keçib getməsinə şərait yaradır və yanığın dərinin daha dərin qatlarına keçməsinin qarşısını alır. Bu zaman yanan sahəyə yağ və yağlı maddələr sürtmək olmaz! Dəri su ilə soyudulandan sonra yanıq sahəsi spirtdə və ya araqda isladılmış steril tənzif və ya təmiz, yumşaq, təzə ütülənmiş parça ilə sarınmalıdır. Bunlar ağrıkəsici təsir göstərəcəkdir. Yanıq sahələrinə yod, brilyant yaşılı, “marqans” və digər bu tipli antiseptiklər sürtmək, kartof, kələm və s. bu kimi “vasitələr” qoymaq olmaz.

4-cü dərəcəli yanıq

Yanığın ən ağır formasıdır, burada dəri səthləri, əzələlər, vətərlər və sümüklər zədələnir.

Yanığın bu formasında yanan şəxsi yanıqdan söndürmək üçün onu yorğana, hər hansı paltara və s. büküb təcili söndürmək lazımdır. Tüstülənən paltarlar su ilə söndürülür. Sonra isə yanıq sahəsini mütləq soyuq suyun altında saxlamaq lazımdır. Bunun nəticəsində dəridə və toxumaların aşağı təbəqələrində temperatur aşağı düşür və orada gedən dönməz proseslərin qarşısı alınır (zülalların və qanın laxtalanması).

İkinci vacib məsələ yanıq sahəsini xarici infeksiyadan qorumaqdır.

Bunun üçün ilk yardım göstərən şəxs steril (sarğı, döşəkağı, dəsmal, balış üzü, ətraflara məxsus xüsusi örtüklər) tez və asan qoyulan materiallardan istifadə etməlidir. Xəstələrə ağrıkəsici dərmanlar vurulur, isti tünd çay, kofe, çaxır və ya 30 ml araq verilir. Xəstənin üstü isti örtülür və ona içməyə çoxlu miqdarda maye verilir. Yanıq sahəsinin tərpənməzliyi təmin edilir. Bu zaman mütləq dəri səthinin maksimal dartılmış vəziyyətində olmasına diqqət yetirmək və təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır. 4-cü dərəcəli yanıqdan sonra yaralar uzun müddət ərzində sağalır, cərrahi müalicə tələb olunur

Yanıq sahəsi zərərçəkənin 5 əl pəncəsi səthindən artıq olduqda hökmən təcili yardım çağırılmalıdır!

Ehtiyatlı olun !

Buna da baxın

Diş, sümük, dırnaq problemləri olanlara

Whatsapp ilə PaylaşHerpes uçuqları tək dodaq nahiyyəsindən deyil, burun kənarlarından da çıxır. Bu infeksiya hətta …