Əsas səhifə / Əsas menu / Praktika / Yanıqlara – ilk təbii yardım
Bizi mobildən daha sürətli  izləyin

Yanıqlara – ilk təbii yardım

aYanıqlara – ilk təbii yardım

Bədənin hər yerində yanıqlar ola bilər – üzdə, əldə, ətraflarda. Yanıqlar dərinliyinə görə fərqlənirlər və bu baxımdan yanıqların 4 növü məlumdur.

I – dərəcəli yanıqlar damarların həddən artıq qanla dolması və dərinin şişkin (suluq) olması ilə xarakterizə olunur. Yanıq ağrı ilə müşayiət edilir;

II- dərəcəli yanıqda sarımtıl rəngli şəffaf maye olan qabarcıqlar əmələ gəlir;

III a – dərəcəli yanıqlarda epidermisdə nekroz əmələ gəlir;

III b – dərəcəli yanıqlarda nekroz dərinin bütün təbəqələrində əmələ gəlir;

IV dərəcəli yanıqda nəinki dəri, eləcə də dərində olan toxumalar da məhv olur.

Yanğın hadisəsi ilə rastlaşdıqda soyuqqanlı olmaq lazımdır. Bu zaman adam özünü toparlayıb həkim gələnə kimi özünə ilk yardım etməlidir. Yüngül yanıqların üzərinə su, qatıq, yumurtanın ağını çəkmək olar. Yumurtanın ağını çay sodası ilə qarışdırıb, quruduqca yanığın üzərinə çəksəniz, gələcəkdə yanıq izi qalmayacaq.

Yanıq üzərinə çaytikanı yağı çəkmək yaraya sağaldıcı məlhəm kimi təsir edəcək. Həmçinin yanıq zamanı yanıq qanqalı döyüb məlhəm hazırlayır və bədənin yanıq yerinə qoyurlar. Bu, yaranı tez qurudub sağaldır.

Yanmış yerə bal sürtmək həm ağrını kəsər, həm də suluqların qarşısını alar.

Zeytun yağını duz ilə qarışdırıb yanmış yerə sürtülsə, suluq olmaz. Yanığı sağaltmaq üçün kələm yarpağı da sərfəlidr. Onu yaxşıca əzib yumurta ağı ilə qarışdırır və yanığın üstünə yaxırlar. Bu üsul bir neçə gündən sonra öz təsirini göstərir. Balıq yağını eyni miqdarda yumurta ağı və balla qarışdırıb gündə 3 dəfə yanıqların üstünə sürtürlər. Çuğundurun yarpaqlarını döyüb sulu-sulu yanığın üstünə qoymaq xeyirli hesab olunur.

Xalq təbibləri bağayarpağının döyülmüş kütləsini yanıqların müalicəsində əvəzedilməz məlhəm hesab edirlər. Tənzifi sirkədə isladıb alovdan əmələ gələn yanıqların üstünə qoyduqda yanıq səngiyir. Yanıq zamanı həmin yeri su ilə yumaq, sonra çay sodası səpmək lazımdır. Ağır yanıqlardan zamanla iz qalıbsa, aktiv kömür (aptekdə var) və uşaq kremi qatılıb həmin yerə çəkilsə xeyri olar.


Buna da baxın

12 saatda bağırsaqlardakı bütün qurdları tökən KÜR

Whatsapp ilə Paylaş Portağal qabığının səhiyyə baxımından faydaları çox az bilinir. Portağal qabığında olan C …