Əsas səhifə / Manşet / Yapışan saqqızı iz qalmadan çıxarmağın 8 yolu
Bizi mobildən daha sürətli  izləyin

Yapışan saqqızı iz qalmadan çıxarmağın 8 yolu

Yapışan saqqızı iz qalmadan çıxarmaqın 8 yolu

Saqqız çeynəmək iştahı azaltmağa, həzmə,diş çürüməsinə, kariyesə, stresə və. s bir çox faydaları vardır. Amma bəzən saqqız heç də xoş olmayan vəziyyətlərə səbəb olur. Saça, paltara və ya ayaqqabıya yapışaraq xoşagəlməz görüntü yaradır. Amma dərd etməyin bunun həlli üsulu vardır. Qadinklubu.com yapışan saqqızı iz olmadan çıxarmağın praktik üsullarını araşdırdı. Bu üsullarla yapışan saqqızı asanlıqla iz qalmadan çıxara bilərsiniz.

Buz:Saçınıza yapışan buzu çıxarmaq üçün buza ehtiyacınız olacaq.Bir parçada buzu saqqız yapışan hissənin üzərində bir müddət gözlədin. Buz saqqızı donduracaq və siz asanlıqla saqqızı çıxara biləcəksiniz. Bu üsulu geyim, ayaqqabı və xalça üçün də tətbiq edə bilərsiniz.

Yağ:Saçınıza yapışan saqqızı çıxarmaqın digər bir yolu isə yeməklərdə istifadə etdiyiniz yağdır. Saqqızın üzərinə yağı sürtün və sonra asanlıqla saqqızı saçınızdan çıxarın.

Dondurun: Paltarınıza saqqız yapışıbsa, həmin paltarı salafan paketə qoyaraq bir neçə saat soyuducunun buzluğunda dondurun. Daha sonra rahatlıqla saqqızı çıxara bilərsiniz.

Mayonez: Saqqız təmizləməyin digər yolu da mayonezdir. Saqqızın üzərinə mayonez çəkərək dırnaqlarınız və ya daraq vasitəsilə saqqızı asanlıqla çıxara bilərsiniz.

Vazelin: Vazelin də saqqız çıxarmaqda ən yaxşı üsullardandır. Vazelinlə də eyni qayda ilə saqqızın üzərinə çəkərək daha sonra çıxarın.

Saç qurudan: Xalçaya saqqız yapışıbsa saç qurudanla saqqızı yumşaldaraq daha sonra asanlıqla çıxara bilərsiniz.

Qum:Xüsusən ayaqqabının altına yapışan saqqızı çıxarmaq üçün ən yaxşı üsuldur. Əvvəlcə qum üzərində bir qədər gəzin. Daha sonra ovaraq saqqızı çıxarmağa çalışın.

Buna da baxın

Buz ilə qarın piylərindən 3 gündə xilas olun

Whatsapp ilə Paylaş  Buz ilə qarın piylərindən 3 Gündə xilas ola bilərsiniz. Qarın xüsusilə də …