Əsas səhifə / Əsas menu / Praktika / Yapışqan ləkəsini necə çıxarmaq olar?
Bizi mobildən daha sürətli  izləyin

Yapışqan ləkəsini necə çıxarmaq olar?

Yapışqan ləkəsini necə çıxarmaq olar

Geyimlərdəki yapışqan ləkəsi

Geyimdəki yapışqan hələ təzədirsə, gözləyin qurusun. Yoxsa, yapışqanı çıxarmaq üçün istifadə edəcəyiniz vasitə, hələ də kağız dəsmal cinsindəndirsə, onda yapışqana yapışaraq işinizi daha da çətinləşdirəcək. Yapışqanın quruması üçün 1-2 saat gözləyin. Daha çox gözləməyin çünki, bu dəfə də yapışqan yaxşıca sərtləşəcək və parçadan çıxması xeyli çətinləşəcək.

Parça üzərindəki yapışqan quruduqdan sonra, yuxarıda qalan çoxluq qisimi sərt plastik kart, yaxud küt ağızlı yağ bıçağı köməyi ilə qazıyıb çıxarın.

Qalan yapışqanı çıxarmaq üçün 1 stəkan ilıq suyun içinə 1 çay qaşığı (ağardıcı effekti olmayan) yuyucu toz əlavə edin və bu qarışığı ağ bir dəsmala hopdurub, dəsmalı da yapışqan ləkəsinin üzərinə basın. Bu əməliyyatdan sonra parçanın o bölgəsini durulayın. Geyimin qurumasını təmin edin. Quruducudan istifadə etmək tövsiyə olunmur, çünki quruducunun istiliyi, yapışqan ləkəsinin yerləşməsinə səbəb ola bilər.

Mebeldəki yağışqan ləkəsi

Mebelə yapışan yapışdırıcı maddədirsə çox miqdarda tökülübsə, əlinizə bir boya əlcəyi yaxud paket keçirib yapışqan maddənin çox hissəsini silin. Bu əməliyyatı yapışqan az olduğu hissədən çox olduğu hissəyə doğru edin ki, daha çox yayılmasın. Qalan yapışqanın qurumasını gözləyin. Üzərinə qəzet, kağız, kağız salfet kimi maddələr yapışdırmayın. Yapışqan quruyunca buxarlı bir alət köməyi ilə yapışqan maddənin səthdən tamamilə qalxmasını təmin edə bilərsiniz. Məsələn, ütünün buxarını püskürdə bilərsiniz. Bu əməliyyatın ardından da yüngülcə ovalayaraq təmizləmə əməliyyatını tamamlayın.

Yapışqan ləkəsi əgər mebelin kənar hissələrindədirə, üzərinə bir az buz parçası sürtün və buz əriməyə başladığında həmin bölgəyə ütü buxarı tutun. Buz əriyib qurtardığında yapışqan ləkəsi də itəcək.

Mebelə tökülən maddə yapon yapışdırıcısıdırsa, üzərinə bir miqdar aseton tökün və yumşalmasını gözləyin. Daha sonra ülgüc, fırça kimi bir vasitə ilə yapışqanı mebeldən çıxarın.

Mebel üzərindəki sticker və başqa yapışqan izlərini çıxartmaq üçün isə saç qurudan fenlərdən istifadə edə bilərsiniz. Fenin isti küləyi ləkəni yumşaldacaq və siz də yapışqanı bir bezlə silərək təmizləyə bilərsiniz.

Mebel üzərindəki bant yapışqanları üçünsə ən yaxşı çarə qaz yağıdır. Təmiz bir bez üzərinə bir miqdar qaz yağı damladın və yapışqan üzərini silərək təmizləyin.

Yumşaq mebeldəki yapışqan ləkəsi

Parçaya tökülən yapışqan ləkəsi də demək olar ki, öncə sadaladığım üsullarla çıxarılır. Kreslo döşəməsinə tökülən yapışqan ləkəsinə də, geyimə tökülən yapışqan ləkəsi kimi müdaxilə etmək lazımdır. Yapışqan ləkəsi quruduqdan sonra sərt bir kart yaxud küt ağızlı bıçaqla qazayaraq və qalan hissəyə buxar vasitəsiylə istilik tətbiq edərək təmizləyin.

Xalçadakı yapışqan ləkəsi

Xüsusi boyalardan hazırlanmış xalçalardakı ləkələri çıxarmaq bir az risklidir. Amma ilk müdaxiləni özünüz etmək istəyirsinizsə və professional kömək almaq kimi bir imkanınız yoxdursa, elə isə bu üsullardan istifadə edə bilərsiniz. Xalçanızdakı yapışqan ləkəsinin quruması üçün bir az gözləyin. Bu müddət 1-2 saat olmalıdır. Daha uzun müddət gözləsəniz yapışqan sərtləşər və xalçaya ziyan verər. Yapışqan ləkəsi quruyunca yenə də kart və ya küt ağızlı bıçaqla yüngülcə qazıyın. Daha sonra 1 stəkan ilıq suya 1 çay qaşığı yuyucu toz qarışdırın və qarışığı təmiz bir bezə hopdurub xalçadakı yapışqan ləkəsi üzərinə basın. Az bir miqdar su ilə xalçadakı yapışqan ləkəsi olan bölgəni yuyun. Ən son əməliyyat olaraq da xalçadakı nəmi quru bir bezlə alın.

Buna da baxın

Geyimlərdəki ləkələri necə təmizləyək?

Whatsapp ilə Paylaş  Böyük məbləğdə pul verib aldığınız geyimlərinizin ömrünü uzatmaq istəyirsinizsə, diqqətiniz bu yazıda …