Əsas səhifə / Əsas menu / Gözəllik / Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri – VİDEO
Bizi mobildən daha sürətli  izləyin

Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri – VİDEO

Tərkibində çoxlu miqdarda B vitamini olan düyü dəri üçün ən yaxşı qoruyucu vasitələrdən biridir.

Yapon qadınlarının təmiz və hamar dərilərinin sirri də elə düyü maskası və kirşanıdır. Tərkibindəki RR vitamini streslə mübarizə aparmağa kömək edir, dərinin elastikliyini artırır. Buna görə də düyüdən maska hazırlayıb üzə çəkmək super – effekt yaradır.

Qadinklubu.com-un məlumatına görə, bitkinin tərkibindəki EE vitamini ölü hüceyrələri aradan qaldırır, dərini zədələrdən qoruyur. Düyü qırışların açılmasına, dərinin daha da cavanlaşmasına kömək edir.

Lazım olanlar:

Kasa düyü və su

Salfet

Hazırlanması:

Bir ovuc düyü götürüb, kasaya əlavə edin. Düyünün üzərinə 2 barmaq çıxana kimi su əlavə edin. Ağzı möhkəm bağlı şəkildə 5 saat saxlayın, sonra suyunu süzün. İki salfeti üst-üstə qoyub dairəvi şəkildə kəsin. Qayçı vasitəsi ilə burun, ağız. göz yeri açın.

Salfeti 4 qatlayıb düyü suyu ilə yaxşıca isladın.

Maskanı üzə yerləşdirin, 15 dəqiqə saxlayıb, ilıq su ilə yaxşıca yuyun.//SaqlamHeyat.az