Əsas səhifə / Manşet / Yaş keks resepti
Bizi mobildən daha sürətli  izləyin

Yaş keks resepti

lTərkibi:

5 yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
1 stəkan duru yağ
1 stəkan un
1ədəd limon qabığı
1 paket qabartma tozu
3 xörək qaşığı kakao
1 stəkan xırdalanmış fındıq

Sous:

2 stəkan süd
Yarım stəkan duru yağ
1 stəkan şəkər tozu
2 xörək qaşığı kakao

Hazırlanması:

Şəkər tozu ilə yumurtanı çırpın. Sonra duru yağ və südü əlavə edərək bir az daha qarışdırın. Un, kakao, qabartma tozu, vanil və limon qabığını əlavə edib qarışdırın. Yağlanmış qaba qarışımı töküb üzərinə fındıqları səpin. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada 30 dəqiqə bişirin.

Sous üçün lazım olan ərzaqları bir qabda qarışdırıb, ocaqda qaynamağa başlayana qədər bişirinin. Qaynayana qədər qarışdırmağa davam edin. Daha sonra soyuması üçün gözləyin.

Keks bişdikdən sonra 5 dəqiqə soyumasını gözləyib, dilimləyin. Daha sonra sousu üzərinə tökün. Soyuduqdan sonra servis edin.

Nuş olsun!

Buna da baxın

Paytaxt keksi

Whatsapp ilə PaylaşTərkibi: 300 qr un 210 qr şəkər tozu 175 qr yumurta (qabığı olmadan …