Əsas səhifə / Əsas menu / Sağlamlıq / Yaşıl çayın daha bir möcüzəsi
Bizi mobildən daha sürətli  izləyin

Yaşıl çayın daha bir möcüzəsi

© Copyright 2010 CorbisCorporationYaşıl çayın daha bir möcüzəsi

Yaşıl çayın daha bir faydası ortaya çıxıb. ABŞ-ın Pensilvanya Universitetinin alimlərinin apardığı araşdırma zamanı yaşıl çayın ağız bölgəsindəki xərçəng hüceyrələrini yox etdiyi aşkarlanıb. Hətta yaşıl çay hüceyrələrin yenilənməsinə də kömək edir.

Alimlərin fikrincə, bu, yaşıl çayın tərkibindəki “epigallocatechin-3- gallate” (EGCG) maddəsi sayəsində mümkün olur.

Araşdırmanın rəhbəri Coşua Lambert yaşıl çaydan, sadəcə, müalicə zamanı deyil, xərçəngin qarşısını almaq üçün də istifadə edilməli olduğunu vurğulayıb:

“Yaşıl çay hamının asanlıqla əldə edib, istifadə edə biləcəyi bir məhsuldur. Kimyaterapiyanın mənfi təsirini nəzərə alsaq, xərçəngi önləmək üçün hər gün yaşıl çay içmək o qədər də çətin olmamalıdır”.

Qeyd edək ki, daha öncə 2002-ci ildə alimlər xərçəngin müalicəsi zamanı köməkçi vasitə olaraq yaşıl çaydan istifadə edilməli olduğunu açıqlamışdılar.


Buna da baxın

Nar qabığının möcüzəsi

Whatsapp ilə Paylaş Nar qabığı xolesterolu aşağı salmaq, immunitet sistemini gücləndirmək və bir çox xərçəng xəstəliyi növünə …