Əsas səhifə / Manşet / Yaşıl noxudlu hind şorbası
Bizi mobildən daha sürətli  izləyin

Yaşıl noxudlu hind şorbası

jj

Pəhrizdə olanlara bu şorbadan istifadə etmək məsləhət bilinir.

Yaşıl noxudlu hind şorbasını həm yay, həm də qış mövsümündə tez bir zamanda hazırlamaq mümkündür. Bu asan başa gələn azkalorili şorba ailənin bütün üzvlərinin xoşuna gələ bilər.

Tərkibi:

Bulyon – 900 ml

Yaşıl noxud – 100 q

Kartof – 3 ədəd

Soğan – 1 ədəd

Sarımsaq – 2 diş

Bitki yağı – 2 xörək qaşığı

Çili istiotu – 2 ədəd

Sarıkök – 1 çay qaşığı

Koriandr (tozu) – 1 çay qaşığı

Zirə – 1 çay qaşığı

Xama – 4 xörək qaşığı

Keşniş – 4 şaxə

İstiot – zövqə uyğun

Duz – zövqə uyğun

Sarımsaqla soğanı təmizləyib xırda, kartofu kub şəklində doğrayırıq.

Yağı tavada qızdırıb, sarımsaqla soğanı əlavə edib 1 dəqiqə qızardırıq, doğranmış kartofları əlavə edib daima qarışdıraraq 5 dəqiqə ərzində qızardırıq. Ədviyyatları töküb, zəif odda daha 1 dəqiqə saxlayırıq.

Qırmızı çilini çox xırda doğrayırıq. Kartoflu və soğanlı tavaya tərəvəz bulyonu ilə çilini töküb, zəif odda 20 dəqiqə bişiririk.Yaşıl noxud əlavə edib, daha 5 dəqiqə odda saxlayırıq.

Hazır olduqdan sonra boşqablara töküb, xama əlavə edirik və keşnişlə bəzəyirik.

Bu şorbanın yanında ayrıca qabda qızardılmış çörək də verilir.